Yaponiya Azərbaycanda iki məktəb tikəcək

14:29 29-08-2023 | icon 215 | Təhsil
Yaponiya Azərbaycanda iki məktəb tikəcək

Yaponiya Yeni Xocavənd qəsəbəsi və Neftçalada məktəb tikəcək.

 

Versus.az xəbər verir ki, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” və “Neftçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası” layihələrinin icrası planlaşdırılır.

 

Xocavənd layihəsi çərçivəsində Beyləqan rayonu ərazisində yerləşən Yeni Xocavənd qəsəbə məktəbində altı sinif otaqlı və sanitar qovşaqlı əlavə məktəb binasının tikintisi və mövcud məktəb binasının qaz istilik sistemi ilə təmin edilməsi üçün “Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyinə 91 297 ABŞ dolları (154 293 manat) ayrılıb.

 

Neftçala layihəsi çərçivəsində isə rayonun Qırmızıkənd kənd məktəbinin yeddi sinif otaqlı, anbarlı və sanitar qovşaqlı əlavə məktəb binasının tikintisi üçün “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinə” 90 513 ABŞ dolları (152 968 manat) məbləğində qrant ayrılıb.

 

Layihə ərazisi olan Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi xocavəndli məcburi köçkünlərin məskunlaşması və Xocavənd rayonunun administrativ funksiyalarının icrası üçün Beyləqan rayon ərazisində salınan yaşayış sahəsidir.

 

Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 070 000 ABŞ dollarını (təqribi 40 680 000 manat) ötüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ