“Ağdam-Xankəndi yolu ilə daşınmalar həllini tapacaq”-açıqlama

07:06 01-09-2023 | icon 220 | Siyasət
“Ağdam-Xankəndi yolu ilə daşınmalar həllini tapacaq”-açıqlama

Aydın Hüseynov: "Xankəndidə qalan ermənilərin və himayədarlarının əsil məqsədi ifşa olunacaq” 

 

“Məlum olduğu kimi avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin qida ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə Ağdam-Xankəndi yolu ilə 40 ton un məmulatının ünvana çatdırılması nəzərdə tutulur. Ancaq ermənilər tərəfdən əsassız iddialarla yüklərin çatdırılması gecikməkdədir. Bir tərəfdən Fransa, bir tərəfdən Ermənistan müxtəlif iddialarla ölkəmizə təsir etməyə çalışır.

 

Mövcud vəziyyət bu prosesi hara aparırı?

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov versus.az-a açıqlamasında bildirib ki, Azərbaycanın bu xoşməramlı davranışına və humanizminə qarşı yenə də qarşı tərəfin və kənar güclərin provakasiyalarını izləyirik. Azərbaycanın bu qədər xoşməramlı və humanizminə baxmayaraq, bəzi güclər, xüsusilə də Fransa provakasiyalara rəvac verən addımlar atır, bölgədə gərginliyin artmasına səbəb olur. Bu gərginlik Fransanın dünyada itən nüfuzunu daha da aşağı salır, əsil araqarışdırıcı siyasətini göstərir.

 

A.Hüseynov bildirib ki, Azərbaycan hökuməti bunlara rəğmən çox təmkinli və uzaqgörən, sülhpərvərdir, humanizminə sadiqdir, bütün imkanlardan istifadə edərək çalışır ki, öz vətəndaşları olan Qarabağın erməni əhalisinin sosial vəziyyəti daha yaxşı olsun, onların cəmiyyətimizə sıx inteqrasiyası daha tez və sıx təşkil olunsun, ancaq yenə də müxtəlif təhrikedici qüvvələrin təsiri sayəsində maneələrlə üzləşir:

 

“Ağdamda yolunu gözləyən humanitar yüklərin Xankəndinə çatdırılmasının əngəllənməsində də təkcə bölgədə təsir altına düşmüş ermənilərin “şıltaqlığı” deyil, bəzi qüvvələrin çirkin siyasi niyyətlərini bu baxımdan istisna etmək olmaz. Azərbaycan mövcud mənzərəi daha açıq sərgilmək üçün bu gün ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərin Ağdama səfərini təşkil edib. Səfərdə 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və sair beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər iştirak edirlər. Diplomatlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olacaqlar. Yəni, Azərbaycan humanitar dəstəyi birbaşa beynəlxalq təşkilatların, ictimaiyyətin gözü qarşısında təqdim edərək, bu pozuculuqda kimi günahkar və təxribatçı olmasını detallı şəkildə diqqətə çatdırır. Əgər bu qədər xarici ölkənin və beynəlxaql təşkilatların nümayəndələrinin iştirakı ilə hadisə yerinin tam müayinəsindən sonra da humanitar missiyaya qarşı təxribatçı münasibət davam edəcəksə, artıq Xankəndidə qalan ermənilərin və onların arxasında dayanan maraqlı qüvvələrin əsil siması və məqsədi ifşa olunacaqdır”.  

 

Deputat bildirib ki, Ermənistan və havadarları hesab edirlər ki, bu cür təxribatkarla, süni humanitar böhran şouları ilə Azərbaycana qarşı təzyiqlər edəcklər, nəyəsə nail olacaqlar, onlar yanılırlar:

 

“Azərbaycan dövlətinin, Cənab Prezidentin sarsılmaz qətiyyəti və iradəsi bu cür təzyiqləri darmadağın edir və onların çıxış yolu Azərbaycanın geridönməz şərtləri ilə razıalaşmaqdır”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər