Planetimizin “Cəhənnəm qapılarından” biri

13:00 04-09-2023 | icon 238 | Maraqlı
Planetimizin “Cəhənnəm qapılarından” biri

Yandırıcı turşu, qaynayan kükürd və qızğın buxarlı bulaq

 

Planetimiz heyrətamizdir və bir çox möhtəşəm yerləri, mənzərələri və canlıları ehtiva edir. Belə xüsusi ərazilərdən biri Efiopiyanın şimalında yerləşən Danakil çökəkliyidir.

 

Çökəkliyin səthi yandırıcı turşu hovuzları, kükürd bulaqları və qızğın buxar şleyfləri ilə örtülüb, buna görə də boşluq “Cəhənnəm Qapısı” kimi də tanınır.

 

NASA-nın Yer Rəsədxanasının məlumatları göstərir ki, çökəkliyin daim batmaqda olan landşafti bir gün su ilə dolacaq və böyük bir göl, hətta bəlkə də yeni bir okean meydana gətirəcək.

 

Alimlər onu da qeyd edirlər ki, bu gün Danakil çökəkliyi hündürlüyü təxminən 287 metr olan Qada Ale vulkanının ocağıdır. O, həm də Erta Ale vulkan zəncirinin bir hissəsidir.

 

Bu yer həm də Dallol kükürd bulaqları ilə tanınır. Alimlər qeyd edirlər ki, yerli kolorit dəniz suyu və vulkanik minerallar, o cümlədən kükürd, mis və dəmiri birləşdirən unikal relyeflə bağlıdır. Çökəklikdən xlor və kükürd qarışıqlarının püskürməsinə baxmayaraq, tədqiqatçılar hələ 2017-ci ildə Dallol sularında həyatın ola biləcəyini kəşf ediblər. Belə ki, məlum olub ki, yerli sularda “poliekstremofillər” kimi təsnif edilən bakteriyalar yaşayır - onlar eyni vaxtda duzluluğa, turşuluğa və həddindən artıq temperatura davamlıdırar.

 

Mavi lava və parlaq sarı bulaqları olan Danakil çökəkliyi çoxdan turistlərin sevimli yerinə çevrilib. Lakin əvvəlki əsrlərdə bu ərazidən insanlar əllə duz çıxarmaq üçün istifadə edirdilər.

 

Qeyd edək ki, Türkmənistanda və Rusiyada (Bataqayka krateri) da “Cəhənnəm qapıları” adlı yerlər var.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ