Fransanın Qafqaz siyasətində neokalonizm siyasəti...

12:08 03-09-2023 | icon 147 | Siyasət
Fransanın Qafqaz siyasətində neokalonizm siyasəti...

 

 “Azərbaycan prezidenti Azərbaycanın mövqelərini qətiyyətlə müdavfiə edərək bildirdi ki, Azərbaycan gedib çıxan yüklər Azərbaycana müraciət etməklə, onun suvürün hüquqlarına hörmət etməklə, icazəsi ilə mümkündür.  Ona görə də düşünürəm ki, Fransanın antisülh mövqeyinə Azərbaycan Prezidenti yenə də sülh mövqeyindən cavab verdi və  Fransanın növbəti cəhdi iflasa uğradı”.

 

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu  Makronun Azərbaycan Prezidentinə zəngi, qaldırdığı məsələlərin yetərincə cavablandırılmasına baxmayaraq növbəti cəhdlərin hədəfləri barədə açıqlamasında bildirib.

 

H.Babaoğlu bildirib ki, Makron Fransası post-sovet məkanına yeni, potensial kaloniya gözü ilə baxır. Onun sözlərinə görə, biz Fransanın Qafqaz siyasətinə diqqət edəndə bunu Fransanın neokalonizm siyasəti kimi səciyələndiririk. Deputat bunu həm də strateji baxımdan siyasi yanlışlıqlarla dolu düşüncə hesab edib.

 

“Çünki Fransa heç bir vaxt Cənubi Qafqazda kaloniya sahibi olmayıb. Fransa nəinki Cənubi Qafqazda, hətta I dünya müharibəsindən sonra Osmanlı Türkiyəsinin ən zəif vaxtlarında Şərqi Anadoluya olan iddialarını gerçəkləşdirə bilmədi. İndiki şəraitdə, Nigerdə, Qabonda Fransa kalonizminə qarşı aparılan mübarizə, Fransanın faktiki olaraq qovulması bu siyasətin sonunun çatdığından xəbər verir”. 

 

Deputat eyni zamanda qeyd edib ki, Makronun 44 günlük müharibə başladığı gündən bu günə qədər Azərbaycana qarşı davam edən hərəkətləri sülhə, beynəlxalq hüquqa, Azərbaycanın suveren hüquqlarına qarşıdır.Ona görə də yenə humanitar yardım adı altında siyasi  spekulyasiya edərək, burda  humanitar cəhdlər adı altında bir işçi qrupu yaradıb, sonra bunu ATƏT-in Mİnsk Qrupuna çevrmək cəhdləri şübhəsiz ki, baş tutmadı və uduzdu.

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı