Uşaq pulu verilməsə hansı təhlükə yarana bilər?

15:00 04-09-2023 | icon 288 | Cəmiyyət
Uşaq pulu verilməsə hansı təhlükə yarana bilər?

Uşaq istəmirlər, boşanmaların və evlənməyənlərin sayı artır...


Ölkədə yeni doğulanların sayının kəskin azalması gələcək üçün yaxşı heç nə vəd vermir. Ötən tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılırdısa, bu il bu say 123300-ə bərabərdir.

 

Qeyd edək ki, 2016-cı ildə 159464, 2017-ci ildə 144041, 2018-ci ildə isə 138982 uşaq dünyaya gəlib. Bu aidiyyəti qurumlar üçün də diqqətə alınacaq məsələdir. Yeni doğulan körpələrin sayının azalması isə uşaq pulunun verilməməsi ilə əlaqədardır. Bəzi ölkələrdə doğuşu stimullaşdırmaq üçün “uşaq pulu” ödənilir. Ölkəmizdə isə bu məsələ illərdir ki müzakirə olunsa da, hələlik müsbət nəticə yoxdur.


Milli Məclisin deputatı Razi Nurullayev açıqlamasında bildirib ki, uşaq sayının azalmasında birinci səbəb sosial vəziyyətin ağırlığı ilə əlaqədardır:


"Azərbaycanda doğulan uşaqların sayının azalmasını yaxşı hal saymıram. Birinci səbəb kimi sosial vəziyyətin ağırlığını göstərə bilərəm. İnsanlar bir uşağı belə böyüdüb boya-başa çatdırmaq üçün əziyyət çəkirlər. Əgər bir ailənin yaxşı gəlir mənbəyi yoxdursa, uşağına yaxşı təhsil verə, onun sağlamlığını qoruya bilmirsə, o zaman ailədə ciddi problemlər yaranır. Bu günə qədər insanlarda müəyyən ümid var idi ki, “uşaq pulu” verilər və ya yeni doğulanlar üçün başqa bir formada yardım edilər. Bunlar isə hələ yoxdur. Bu da ailələrdə ciddi narahatlıq doğurduğu üçün yeni cütlüklər bir uşaqla kifayətlənməli olurlar. Cəmiyyətimizdə vətəndaş nikahında yaşamaq və heç bir uşaq saxlamamaq meyilləri də var. Bu hal Bakı şəhərində hiss olunur. Bu isə Avropadan bizə transfer olunan yanaşmadır. Amma ümumilikdə çoxluq sosial vəziyyətə görə bir və ikidən artıq uşaq dünyaya gətirmək istəmir, boşanmaların sayı artır, evlənməyənlərin də sayı çoxalır".


Deputatın sözlərinə görə, mərhələ-mərhələ də olsa, “uşaq pulu”nu vermək olar:


“Uşaq pulu”nun verilməməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif fikirlər ortaya atılır ki, çox böyük məbləğdir, bunu vermək olmaz. Amma mərhələli şəkildə çox şey etmək olar. Birincisi, dövlət tərəfindən xırda, heç bir tələbat təşkil etməyən onlarla sosial yardım verilir. Bu sosial yardımların kəsilməsi və əvəzində “uşaq pulu”nun verilməsi daha yaxşı yanaşma olardı. Həmişə demişəm ki, bir yaşından üç yaşına qədər olan uşaqlara pulsuz ərzaq yardımı verilməlidir. Yəni valideyn heç olmasa, bu yaş aralığında narahatlıq keçirməməlidir. Bu gün özümüz və Avropadakı insanların sağlamlıq durumuna baxsaq görərik ki, onlar daha sağlamdır, ucaboydur, amma Azərbaycanda bunun əksidir. Bu da uşaqlarımıza qoyulan fundament səbəbindəndir. Mərhələ-mərhələ də “uşaq pulu”nu təşkil etmək olar. Ümid edirəm buna nə zamansa qayıdılacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı