Məktəblilərin dərsləri yaxşı qavraması üçün vitaminlər

16:09 05-09-2023 | icon 207 | Təhsil
Məktəblilərin dərsləri yaxşı qavraması üçün vitaminlər
Həkimlər şagirdlər üçün təhsildə dözümlülük və uğuru artırmağa yardım edəcək qida əlavələri və vitaminləri açıqlayıb.
 
 
Pediatr Qalina Filatova uşaqlarda diqqəti, yaddaşı artırmaq, yorğunluğu azaltmaq üçün dəstəkləyici vasitələrdən danışıb.
 
 
“Valideynlər, mən deyərdim, müəllimlər belə uşaqda hipovitaminoza qarşı diqqətli olmalıdır. Çünki təhsil alan şagirdlərə çoxlu əvəzolunmaz qida maddələri, vitamin və minerallar lazımdır.
 
Müasir uşaqların fiziki və əqli zəifliyinin başlıca səbəbi vitamin defisitidir. Onlar daha çox zərərli qidalanır.
 
 
Uşaqlara qidalı yeməklər verməklə də bəzən problem həll olmur, çünki çox az uşaqda mədə-bağırsaq sistemi normal vəziyyətdədir. Çoxunda qidadan maddələr bədənə sovrulmur.
Böyüyən orqanizmə bütün fəsillərdə, ilboyu vitamin, mineral lazımdır.
 
 
Son statistika göstərir ki, 70% uşaqda 3-5 vitamin, mineralın kəskin defisiti var.
Hətta yay aylarında belə problem həll olmur.
 
 
Məktəblilərdə əsasən D və C vitamini, dəmir, kalsium defisiti var.
Kifayət qədər ət, zülal qəbul olmadığı üçün uşaqlarda dəmir defisiti çoxdur. Buna bağlı olaraq, B12, B9 vitamini də əskikdir.
 
 
Uşağın orqanizmini bütün bu vitamin maddələrlə təmin etmək qidalanma ilə mümkün deyil, ona görə də əlavə olaraq qida əlavələri, vitaminlər həkim məsləhəti ilə daxil edilməlidir.
 
 
Məsələn, uşaqlar üçün marmelad və şirin sirop formasında dadı xoş vitamin mineral kompleksləri var.
 
 
Uşağın sümük, diş, əzələ sistemi üçün D3 və kalsium vacibdir.
 
 
Təhsil müddətində, imtahanlardan öncə B6, B12, maqniy və Omeqa-3 vermək lazımdır. Sinir sistemi üçün bunlar vacibdir.
 
 
Məktəblinin qidasında ət, toyuq, qarabaşaq, düyü, paxlalılar, tərəvəz, yaşıl səbzələr, balıq, narıncı meyvələr, balıq yağı olmalıdır”. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"

Rektor yubiley medalı ilə təltif edildi