"Bu korrupsionerlərin kimliyi bəllidir, bəs niyə ictimailəşdirilmir?"

20:50 13-09-2023 | icon 351 | Siyasət
"Bu korrupsionerlərin kimliyi bəllidir, bəs niyə ictimailəşdirilmir?"

Hafiz Hacıyev: "Onları və ətraflarını qınaq obyektinə çevirmək lazımdır"

 

“Əllərini də kəssən, başqa hansı yol da tətbiq etsən, yenə də alacaqlar”.

 

Bunu açıqlamasında keçirilən sosial sorğuda iştirak edənlərin bir çoxunun korrupsiyadan şikayətlənməsinə münasibətini bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

O bildirib ki, korrupsiya ilə mübarizədə prezident İlham Əliyev çox ciddi qərarlar qəbul edərək bir sıra addımlar atıb:

 

“Bizim məmur təbəqəsi korrupsiyaya öyrənib. Verən-alan bilinmir, nə də qəbullanılmır. Əllərini də kəssən, başqa hansı yol da tətbiq etsən, yenə də alacaqlar. Yeni qanunlar qəbul edilməli, şəffaflıq tam təmin olunmalıdır.

Bu gün məmur təbəqəsinin çox hissəsi ictimai rəyi nəzərə almır. Necə istəyirlərsə, o cür hərəkət edirlər. Bunlar hamısı bəlli məsələlərdir. Ancaq korrupsiyaya qarşı ciddi mübarizə var. Nə qədər icra başçıları tutuldu. Səlim Müslümovun məhkəməsi indiyə qədər davam edir. Digər vəzifəlilərin də bir çoxunun postundan uzaqlaşdırılmasının səbəbi məhz korrupsiyadır.

Korrupsiyaya qarşı hər kəs bir olub mübarizə aparmalıdır. Qanunsuz pul tələb edənə bir qəpik də verilməməlidir. Qanunu öyrənərək pul istəyən məmuru susdurmağı hər kəs öyrənməlidir. Xalqımızın birliyi sayəsində bu kimi mənfi halları aradan qaldıra bilərik.

Korrupsiya ilə məşğul olan şəxs ifşa olunmalı, adı ictimailəşdirilməlidir. Rüşvət alan şəxsi, ətrafını qınaq obyektinə çevirmək lazımdır. Burada isə medianın köməyinə böyük ehtiyac var”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ