Bu deputatın seçki dairəsi ləğv ediləcək?

13:57 15-09-2023 | icon 349 | Siyasət
Bu deputatın seçki dairəsi ləğv ediləcək?

Ziyafət Əsgərov: "Hansı siyasi islahatların tərkib hissəsidirsə, bunu təbii qarşılamaq lazımdır"

 

Ötən gün Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov bəzi seçki dairələrinin ləğv olunacağı iddiası ilə çıxış edib. O, sosial şəbəkə hesabında yazıb ki, Şəkidə 114 saylı, Lənkəranda 76 və Cəlilabadda 69 saylı seçki dairələri ləğv olunacaq.

 

İlqar Məmmədov bəzi seçki dairələrinin ləğv edilməsinə baxmayaraq, deputatların sayında dəyişiklik olmayacağını da bildirib. Onun sözlərinə görə, Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılacaq.
 

Məlumat üçün bildirək ki, 2020-ci ildə keçirlmiş sonuncu parlament seçkiləri zamanı 69 saylı seçki dairəsindən Fəzail İbrahimli, 76 saylı seçki dairəsindən Ziyafət Əsgərov, 114 saylı seçki dairəsindən isə Əli Məsimli deputat seçilib.

 

Milli Məclisdə 76 saylı seçki dairəsini təmsil edən deputat Ziyafət Əsgərov iddia ilə bağlı danışıb. O, bu haqda heç bir məlumatının olmadığını bildirib.


“İnanın, mənim bununla bağlı məlumatım yoxdur, xəbərsizəm”. 


Qeyd edək ki, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli də məlumatının olmadını bildirmişdi:


“Mənim bununla bağlı məlumatım yoxdur, xəbərsizəm. Məsələ ilə bağlı nəyisə deyə bilmərəm. Əgər hər hansı siyasi islahatların tərkib hissəsidirsə, bunu təbii qarşılamaq lazımdır”. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ