İşcilərin 70 faizi müqaviləsiz işləyir

20:29 20-09-2023 | icon 463 | Cəmiyyət
İşcilərin 70 faizi müqaviləsiz işləyir

"Bu, pulların dövlət büdcəsindən yayındırılması, şəxsi ciblərə axması deməkdir"

 

“Qarabag Əlilləri və Veteranları” İB-nin baş ofisində “Əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması yolları və bu işdə ictimai təşkilatların rolu” mövzusunda dəyirmi masa kecirilib.

 

Versus.Az xəbər verir ki, canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə son illər əmək qanunvericiliyində olan, əslində isə əlillərin xeyrinə yox, işəgötürənə daha cox səlahiyyət verən qanunlardan danışılıb.

 

“Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədri İradə Rızazadə Qeyri-Hökumət Təşkilatları tərəfindən əlilliyi olan qadınlarla bağlı görülən işlərdən, onlar ücün təşkil olunan peşə kurslarından və alınan müsbət nəticələr barədə danışıb. O, əlilliyi olan vətəndaşlar arasında aktiv maariflənmənin vacibliyini vurgulayıb.

 

Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu çıxış edərək son illər müəssisələrdə olan yerli həmkarlar birliklərinin yarıtmaz fəaliyyəti nəticəsində bir cox müəssisədə nəinki əlilliyi olan, hətta saglam əməkdaşların əmək hüquqlarının sıfıra endiyini, bu məsələlərə birbaşa nəzarət etməli olan Dövlət Əmək Müfəttişliyinin iflic vəziyyətdə oldugunu bildirib.

 

“Qarabag Əlilləri və Veteranları” Cəmiyyətinin sədri, Azərbaycanın ilk qadın-snayperi Növrəstə Yusifova isə əliliyi olan və olmayan müharibə iştirakçılarının təkcə məşğulluğundan yox, həm də müalicə problemlərindən danışıb.

 

Növrəstə Yusifova bildirib ki, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi arasında olan anlaşılmazlığın nəticəsi olaraq, əlillərin bərpa müəssisələrinə müraciət edənlərdən xeyli şikayət alır. Əsas şikayətlər bərpa ocaqlarında müalicələrin yarımçıq aparılmasından, medikamentoz müalicənin ümumiyyətlə, ləğv edilməsindəndir. Hər iki amil əlilliyi olan şəxslərin vəziyyətini daha da ağırlaşdırır. Müalicəyə ehtiyacı olan əlil fizioterapiyanı bir müəssisədə, dərman müalicəsini isə başqa müəssisədə və müxtəlif zamanlarda almağa məcbur qalır. 

 

Toplantıda iştirak edən “Qarabag Əlilləri və Veteranları” Cəmiyyətinin və Müstəqil Həmkarlar Birliyinin İdarə Heyətlərinin üzvü Əhməd Rəhmanov son 3 ayda təkcə “Azəriqaz” İB-də əlilliyi olan bir neçə işçinin əlil olduqları üçün işdən çıxarılmasından danışıb:

 

"Ölkə başçısının yerlik yoxlamalara son qərarını əllərində bayraq edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin səyi nəticəsində bütün tikintilərdə işcilərin 70 faizi müqaviləsiz işləyir. Bu isə milyonlarla pulun dövlət büdcəsindən yayınaraq şəxsi ciblərə axması deməkdir. Mən hələ bu tikintilərdə müqaviləsiz çalışan insanların sosial və tibbi sığortasını demirəm".

 

Müzakirələrin yekununda əlilliyi olan şəxlərlə bağlı əmək qanunvericiliyindəki nöqsanların və boşluqların aradan qaldırılması üçün Prezident və Milli Məclisə təkliflər paketi hazırlanması qərarı qəbul olunub.

 

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması yolları və bu işdə ictimai təşkilatların rolu” mövzusunda Dəyirmi Masa Azərbaycan ordusunun lokal antiterror əməliyyatına başlamasından əvvəl kecirilib.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Həftəsonu qitənin yaşıl meydanlarında FUTBOL HƏYƏCANI