Naxçıvana gedən avtobus reyslərinin sayı ARTIRILIB

12:55 22-09-2023 | icon 245 | Cəmiyyət
Naxçıvana gedən avtobus reyslərinin sayı ARTIRILIB

Bakıdan Naxçıvana gedən avtobus reyslərinin sayı artırılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutu üzrə hazırda Azərbaycan və İran daşıyıcıları tərəfindən gündə üç reys həyata keçirilir. Reyslərin sayının artırılaraq gündəlik hər iki tərəfdən altıya çatdırılması ilə bağlı Azərbaycan-İran Birgə Komissiyasının Bakıda keçirilən növbəti iclasında razılıq əldə edilib.

 

İkitərəfli görüşdə, həmçinin Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yükdaşımaları, “İcazə” blanklarının kontingenti, avtodaşıyıcıların qarşılaşdıqları problemlər, onların həlli yolları müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

 

Komissiyanın iclasında hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı, daşımaların inkişaf perspektivləri də nəzərdən keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?