Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın YOLU

10:23 23-09-2023 | icon 723 | Geopolitika
Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın YOLU

Elxan Şahinoğlu: “Sülh sazişini məğlub olan Paşinyana imzalatdırmaq lazımdır”

 

“Ermənistanın radikal müxalifətinin baş nazir Nikol Paşinyanı hazırki mərhələdə devirmək ehtimalını yüksək qiymətləndirmirəm. Əgər radikallar Ermənistanın daha ağır məğlubiyyət aldığı İkinci Qarabağ müharibəsinin sonunda Paşinyanı devirə bilmədilərsə, indi devirmək resursları daha azdır”.

 

Bunu Versus.az-a politoloq Elxan Şahinoğlu 19 sentyabr antiterror əməliyyatından sonra növbəti uğurluğa düçar olan Ermənistan siyasi hakimiyyətinin sonrakı aqibəti ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq hesab edir ki, Ermənistanın susqun çoxluğu Azərbaycanın hazırki qələbəsinə sevinib, çünki Qarabağ yükündən qurtulublar, erməni ailələr bundan sonra övladlarını Azərbaycan ərazisinə ölümə göndərməyəcəklər:

 

“Radikallar küçəyə 2-3 mindən çox etirazçı çıxara bilmirlər. Bu sayla hökuməti istefaya məcbur etmək mümkün deyil. Ermənistan cəmiyyəti Paşinyana real alternativ görsəydi, hazırki baş nazirdən imtina edərdi. Alternativ yoxdur. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Paşinyana alternativ deyillər, onların erməni cəmiyyətində dəstəkləri qalmayıb. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın yolu ona qarşı terror təşkil etməkdir, yəni baş naziri öldürməkdir”.

 

Politoloq hansısa yolla Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması da erməni cəmiyyətinə yaxşı heç nə vəd etmir:

 

“Hakimiyyətə yiylənən radikal baş nazir erməni cəmiyyətinə nə təklif edəcək? Həmin radikal baş nazir Paşinyanın Azərbaycan və Rusiya prezidentləri ilə imzaladığı 9 noyabr 2020-ci ilə ortaq bəyanatından imtina edərsə, Azərbaycanla Ermənistan arasında yeni müharibə başlayacaq, bu dəfə Ermənistanın yarısını itirəcəklər. Bunu erməni cəmiyyəti də anladığından hələ bir müddət Nikol Paşinyanla yola davam edəcək. Bu Azərbaycanın da maraqlarına cavab verir. Sülh sazişini Azərbaycanla müharibədə məğlub olan Paşinyana imzalatdırmaq lazımdır”.

 

LƏMAN
Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ