"27 sentyabrda müharibənin başlanma şəraitini özü yaratdı"

11:02 23-09-2023 | icon 816 | Geopolitika
"27 sentyabrda müharibənin başlanma şəraitini özü yaratdı"

Vüqar Dadaşov:“Bu əməliyyatın Cənubi Qafqazda ən vacib siyasi nəticələr yaradacağı şübhəsizdir”

 

"Vətən müharibəsində Azərbaycanın Ermənistan və onun havadarları üzərində möhtəşəm tarixi zəfəri Azərbaycan xalqınım susasdığı və həsrətlə gözlədiyi savaş idi".

 

Bunu Versus.az-a hüquqşünas, siyasi ekspert Vüqar Dadaşov bildirib:

 

“Azərbaycan xalqı həsrətində olduğu bu  müharibəni sevinclə qarşıladı və dünyanın yeganə xalqı olaraq müharibəni öz şəxsi mübarizəsi hesab etdi. Odur ki, müharibə faktiki ölüm, qan, faciə olsa da Azərbaycan xalqı özünü təsdiq etmək üçün ölümün üzərinə gedib zəfər qazandı. Azərbaycanın apardığı bu müharibədə özünü hərb elminin özəyi, dünya gücü hesab edənlərə dərs verdi, XXI-ci əsr müharibə formulunu yaşayaraq dünyaya ilk nümunə göstərdi”.

 

Ekspert hesab edir ki, müharibənin 27 sentyabrda başlaması əlverişli geosiyasi vəziyətin yetişmə tarixidir və əlbəttə ki, Azərbaycan polittexnoloji konbinasiyaları ilə nəticə olaraq 27 sentyabrda müharibənin başlanma şəraitini özü yaratdı.

 

V.Dadaşov müharibə dövründə Azərbaycana qarşı dünya ermənipərəst qüvvələrin hərəkətə keçməsinin nəticəsiz qalması məqamına diqqət çəkib:

 

“Əlbəttə ki, Azərbaycan bütün mümkün təzyiqləri əvvəlcədən hesablayıb onları əhəmiyyətli dərəcədə zərərsizləşdirə bildiyindən düşmən Azərbaycandan istədiyini ala bilmədi. Hətta BMT  TŞ-na Azərbaycan əleyhinə çıxarılacaq qətnaməni Böyük Britaniya tərəfindən bloklanması da sözsüz ki, qabaqcadan ən son variant kimi mövcud idi. İran, Fransa, Rusiya kimi ölkələr mümkün dərəcədə Azərbaycana zərbə vurmağa çalışsa da uğursuzluğa məruz qaldı. Azərbaycan prezidenti Ali Baş Komandanın uyğun vaxtında müharibə əmri verməsi  qələbənin yarısına bərabər amildir. Müharibədən sonra Laçın koridorunun nəzarətə götürülməsi və koridor anlayışının məhvi sərhədlərimizin tam olaraq qapadılması 3 illik müddətin ən mühüm siyasi nəticəsidir”.

 

Ekspert Vətən müharibəsinin ildönümü ərəfəsində sentyabr ayının 19-da Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasını da 27 sentyabr müharibəsinin son mərhələsi adlandırıb:

 

“Azərbaycan antiterror tədbirlərini dayandırmaq üçün şərtlərini açıqlayıb, qısası separatçı rejim təslim olmalı, özünü buraxmalıdır. Sözsüz ki, Azərbaycan niyyətinə qısa müddətdə nail olacaq. Azərbaycanın başladığı antiterror tədbirləri Ermənistanda Paşinyan hakimiyyətinə çox böyük təhlükə yarada bilər, hansı ki, Rusiya buna olduqca maraqlıdır. Ancaq əgər Paşinyanı xalqın özü devirırsə, Rusiya yönümlü liderin hakimiyətə gəlməsi mümkün deyil, əksinə millətçi, yaxud qərbyönümlü lider hakimiyyətə gələ bilər. Yox, əgər Rusiya Paşinyanın devrilməsini özü həyata keçirərsə, onda mümkündür ki, Rusiya yönümlü lider hakimiyyətə gətirilə bilər. Azərbaycanın başladığı lokal antiterror tədbirləri nəinki Qarabağda separatçı rejimi məhv edir, Ermənistanın bir dövlət olaraq fiziki məhvi ehtimalını artırır, Paşinyan hakimiyyətinin taleyini müəyyən edir. Bu əməliyyatın Cənubi Qafqazda ən vacib siyasi  nəticələr yaradacağı şübhəsizdir”.

 

ARZU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ