Fransanın, Ermənistanın növbəti UĞURSUZLUĞU

11:37 23-09-2023 | icon 860 | Geopolitika
Fransanın, Ermənistanın növbəti UĞURSUZLUĞU

Mətin Məmmədli: “Bu, hər hansı qərəzli qətnamənin qəbul olunmasına imkan verə bilməzdi”

 

BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı keçirilən müzakirələri qərəzli və heç bir hüquqi, iyasi əsası olmayan təşəbbüs hesab edirəm.

 

Bunu Versus.az-a açıqlamasında politoloq Mətin Məmmədli BMT TŞ-da Azərbaycana qarşı keçirilən müzakirələrlə bağlı bildirib.

 

Ekspert qeyd edib ki, Azərbaycan antiterror əməliyyatlarını beynəlxalq hüquqla tanınan ərazisində, ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradan terrorçu qüvvələrə, qeyri-qanuni hərbi birləşmələrə qarşı həyata keçirdib. Beynəlxalq hüquq və ölkənin maraq və mənafelərinə uyğun keçirilən antiterror tədbirlərinə qarşı BMT TŞ-da hər hansı bir məsələnin müzakirəyə çıxarmaq heç bir normaya sığışmır:

 

“Nəticələr gözlənildiyi kimi oldu, heç bir qərar qəbul olunmadı. Çünki Fransa ilə BMT TŞ-da təmsil olunan bəzi dövlətlər arasında münasibətlər bu ölkənin təşəbbüsü ilə hər hansı qərarın qəbul olunmasına imkan vermir. Eyni zamanda  Azərbaycanın BMT-də tərəfdaşlıq münasibətlərində olduğu daimi və qeyri daimi üzvlər var. Bu faktor da ölkəmizə qaşı hər hansı qərəzli qətnamənin qəbul olunmasına imkan verə bilməzdi. BMT-niin ali orqanında qərəzli qətnamənin qəbul olunması ilk növbədə bu təşkilatın nüfuzuna, statusuna ciddi zərbə vurardı”.

 

M.Məmmədli Azərbaycanın BMT-də ölkəmizə qarşı planlaşdırılan məqsədlərin həyata keçirilməsinə imkan vermədiyini Fransanın, Ermənistanın növbəti uğursuzluğu kimi dəyərləndirib.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ