”Fransanın antiAzərbaycan planları pozuldu, amma...”

11:52 21-09-2023 | icon 517 | Geopolitika
”Fransanın antiAzərbaycan planları pozuldu, amma...”

 

 

“BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı qətnamənin qəbulu perspektivi yoxdur”.

 

Bunu Versus.az-a politoloq Elxan Şahinoğlu Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı dinləmələrin təşəbbüsünün  Fransadan gəldiyini qeyd edərək, bu iclasın heç bir təsir əhəmiyyətinin qalmadığını deyib.

Onun fikrincə, Azərbaycanın anti-terror əməliyyatının uğurlu nəticəsi və Yevlaxda erməni icmasının nümayəndələriylə ilk görüş Fransanın anti-Azərbaycan planlarını pozdu.

 

 

“Çünki Fransa nümayəndəsinin Nyu-Yorkda Azərbaycana qarşı “Laçın dəhlizi”, “etnik təmizləmə”, “ermənilərin sosial problemləri” kimi iddialarına tutarlı cavablar var. Orada bir daha bəyan ediləcək ki, artıq ermənilərlə razılaşma əldə edilib, tərksilah və Azərbaycan dövlətinin Qarabağ ermənilərinin sosial problemlərinin həllinə başlanılıb”. 

 

E.Şahinoğlu Azərbaycana dəstək və neytral çıxışların olacağını da istisna etməyib. 

 

Politoloq hesab edir ki, erməni havadarları, erməni radikallar xarici mərkəzlər Yevlaxda razılaşmanın əldə edilməsini və onun yerinə yetirilməsini əngəlləməyə çalışdı.  

 

“Qarabağda atəş səslərinin hələ də eşidilməsi və Rusiya hərbi kontingentinə açılan atəş də buna xidmət edirdi. Məqsədləri vaxt qazanıb, bu müddətdə Azərbaycana beynəlxalq təzyiqi artırmaq, BMT və digər strukturlarda Azərbaycana qarşı müzakirələr açmaq istədilər.  Çünki ağ bayraq qaldırdıqdan sonra kapitulyasiya erməni radikallarla, onlara dəstək verən mərkəzlərin Azərbaycana qarşı təzyiq planlarını pozacaq. İşin içində Rusiyadakı şovinist mərkəzlər də var, hansılar ki, uzun onilliklər separatizm vasitəsilə ərazi bütövlüyünün bərpası məsələsində müxtəlif dövlətlərə, o cümlədən Azərbaycana təzyiq ediblər, mane olublar. Bu baxımdan separatçılara “bunu sonrakı mərhələdə müzakirə edərik” kimi şanslar verilmədi”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ