"Azərbaycan addım-addım öz suveren hüquqlarını bərpa edəcək"
“Ağdam-Xankəndi yolunun açılmasını Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası kimi qiymətləndirə bilərik. Separatçılar və Qarabağdakı rejimin girovuna çevrilən sivil ermənilər nəticə etibarilə öz dövlətlərindən ərzaq və digər lazm olan tibbi yardımı qəbul etdirlərsə, bu, onların Azərbaycan vətəndaşlığını qəbul etmələri üçün ilkin zəmin hesab oluna bilər”.
Bunu Versus.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınlarının Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçid etməsi ilə bağlı açıqlamasında bildirib.
H.Babaoğlu hesab edir ki, bu hadisə Qarabağda separatçı əhval-ruhiyyə yaratmaq istəyən radikal, revanşist qüvvələrə, Qarabağa sülhün gəlməməsi üçün əlindən gələni edən xarici qüvvələrə yaxşı bir mesaj oldu. Eyni zamanda bu, Azərbaycanın prosesdə qüdrətinin ortaya çıxmasıdır.
“Hadisələr göstərir ki, Azərbaycan addım-addım öz suveren hüquqlarını bərpa edəcək və kənardan müdaxilələrə, onu yerlərdə dəstəkləyəcək separatçıların, qrupların yaşamasına izin verməyəcək. Laçın yolundan Xankəndi ərazisinə keçirilən ərzaq və digər müxtəlif təyinatlı yüklər Azərbaycanın sərhəd keçid və gömrük nəzarətindən keçməklə həyata keçiriləcək. Bu da özlüyündə mühüm hadisədir”.
Deputat qeyd edib ki, ötən illər ərzində “humanitar yük” adı altında ermənilərin Azərbaycan ərazisindən qeyri-qanuni yüklər daşıdığı məlum idi. Eləcə də Ağdam-Xankəndi yolunun açılmasının uzanması və hay-küyə səbəb olması ermənilərin maneəsiz karidor əldə etmək istəyi ilə bağlı idi.
“Ermənilər və onların hamiləri, islamafob dairələr, bəzi dövlətlər açıq şəkildə çalışırdılar ki, yenidən Azərbaycan ərazisinə müvafiq qurumların nəzarətindən kənar yüklər daşınsın, suveren hüquqları pozulsun, separatçılıq yenidən həvəsləndirilsin.
Azərbaycan buna imkan vermədi, ona görə də bu, bir daha Azərbaycanın qətiyyəti, bu prosesdə əldə etdiyi nailiyyətlərdən biri hesab olunur”.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
Polisdən Abşeronda ƏMƏLİYYAT
Dəstə üzvləri aşkar olunaraq saxlanıldılar