İnsanın davranışının xərçəngin müalicəsinə TƏSİRİ

07:34 29-09-2023 | icon 282 | Sağlamlıq
İnsanın davranışının xərçəngin müalicəsinə TƏSİRİ

İnsanın emosional vəziyyəti və xarakteri onun sağlamlığına təsir göstərir. Məsələn, bu iki amil xərçəngin nə ilə nəticələnəcəyini müəyyən edə bilər.

 

Bu barədə alim, Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin neyro və patopsixologiya kafedrasının müdiri, psixoloq Aleksandr Txostov danışıb:

 

“Psixosomatika hər hansı bir xəstəliyin inkişafına psixoloji amilin töhfə verdiyini nəzərdə tutur, lakin bu, əsas amil deyil. Buna, məsələn, insanın davranışı: onun nə qədər riskli həyat tərzi sürməsi, gigiyena qaydalarına riayət edib-etməməsi və ya pis vərdişlərinin olub-olmaması aiddir. Məsələn, miokard infarktı keçirməyə meyilli insanlar, adətən aktiv (stenik) xarakter daşıyırlar, onlar istədikləri şeyə nail olmurlar, hər şeyə can atırlar”.

 

Xərçəng xəstələrinə gəldikdə, Txostovun sözlərinə, çox şey onların xasiyyətindən asılıdır:

 

“Mən 15 il xərçəng mərkəzində işləmişəm və görmüşəm ki, uğur qazanacağına ümid edən insanların xərçəngə qalib gəlmək şansları daha yüksəkdir, uzanıb xəstəliyi ilə barışan insanlar isə daha tez solub gedirlər. Sadəcə, birincilər həkimin tövsiyələrinə daha yaxşı əməl edir, bütün prosedurları vaxtında edir, ikincilər isə mübarizəni dayandırırlar”.

 

Bundan əlavə, Txostov qeyd edib ki, insanlarda həyəcan və depressiya immunitetin zəifləməsinə gətirib çıxarır, bu isə digər xəstəliklərə yol aça bilər, lakin özləri buna səbəb olmur. Həyəcan da insanın öz hisslərini şişirtməsinə səbəb ola bilər. Bu zaman artıq hipoxondriya haqqında danışa bilərik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ