Marketlərdə zeytun tapılmır...

11:57 05-10-2023 | icon 451 | İqtisadiyyat
Marketlərdə zeytun tapılmır...

Qıtlığın yaranmasına səbəb nədir?

 

Son günlərdə hipermarketlər də daxil olmaqla, ərzaq dükanlarında yağlı zeytun qıtlığı yaşanır. Sahibkarlar bildiriblər ki, sifariş verilsə də, hələ də ölkəyə yağlı zeytun idxal edilmir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Akif Nəsirli açıqlamasında bildirib ki, ölkədə zeytun bağları çox olsa da, bu meyvə Azərbaycana əsasən xaricdən idxal olunur:

“Ümumiyyətlə, Azərbaycanda, Bakıda, Abşeron yarımadasında zeytun bağlarını görürük və elə bilirik ki, Azərbaycanda çoxlu zeytun yetişir. Əslində, ölkəmizdə zeytuna tələbat da, istehsal da o qədər böyük deyil.  Məsələn, zeytun yağı istehsal etmək üçün xammalı yerli məhsul hesabına ödəyəsi olsaq, Azərbaycan bir aylıq tələbatını ödəyəcək qədər xammal tapa bilmərik. Yəni biz kifayət qədər az zeytun istehsal edirik. Ona görə də zeytun və zeytun yağı xaricdən idxal olunur”.

 

Ekspert bildirib ki, dünyada zeytun istehsalı üzrə liderlər İspaniya, İtaliya və Tunisdir: 



“Türkiyə də zeytun istehsalında ilk onluğa düşür, amma bu üç ölkə qədər məhsul istehsal edə bilmir. Biz zeytunu əsasən Türkiyədən, bəzi hallarda isə İspaniyadan idxal edirik. Düşünürəm ki, dünyada zeytun ehtiyatı tükənib. Bilirsiniz ki, artıq zeytunun yetişmə mövsümü yaxınlaşır. Yəni indiyə qədər istifadə edilən zeytun ötən ilin istehsalıdır. Deməli, bir illik bütün ehtiyatlar tükənir. Çox güman ki, ehtiyatların tükənməsi səbəbindən də müxtəlif çeşidli zeytun qıtlığı yaranır və bu, bazarlarda hiss edilir. Yəni mövsümün başlanmasına az qalıb. Artıq bir neçə həftədən sonra yığıma başlanılacaq, yəni yağlı zeytun mövsümün əvvəlində deyil, sonunda yığılır. Çünki zeytun tam yetişkənlik fazasına çatdıqdan sonra yığılır. Əgər Türkiyədən başqa regionlardan idxala baş vurulmasa, hesab edirəm ki, 1-2 ay yağlı zeytun qıtlığı ilə yaşamalı olacağıq”. /Bizim.media/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır