“Məhz bu xidmətinə görə də İlham Əliyev ayrıca mükafata layiqdir”

13:56 12-10-2023 | icon 330 | Siyasət
“Məhz bu xidmətinə görə də İlham Əliyev ayrıca mükafata layiqdir”

Razi Nurullayev: "Gələcək nəsillərə ötürmək üçün konkret kinolar, sənədli filmlər çəkmək və yazmaq lazımdır”

 

“İlham Əliyevin ən böyük xidmətlərindən biri nədir: dünyada baş qaldıran və günü-gündən daha da ruhlanan erməni separatizmini dayandırmaq, erməni diasporunu zəiflətmək, onun liderlərindən biri olan Ruben Vardanyanı zərərsizləşdirmək və mənəvi cəhətdən sındırmaq”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev Prezident İlham Əliyevin fəaliyyətinin 20 illiyi ilə bağlı çıxışında bildirib.


Deputat qeyd edib ki, Prezident erməni separatizmini dayandırmaqla separatizmin Türkiyədə, Gürcüstanda və Rusiyada baş qaldırmasının qarşısını aldı:

 

“Məhz bu xidmətinə görə də İlham Əliyev ayrıca mükafata layiqdir. Xərçəng kimi yayılan "dənizdən-dənizə" erməni ideologiyası "dağ çayından su kanalı" səviyyəsinə endi.

"Azerenerji"nin rəhbəri Baba müəllimlə söhbətimiz zamanı o dedi ki, biz azad olunan torpaqları bütünlükdə gəzirik və qazanılan qələbənin həm çətinliyini, həm də möhtəşəmliyini görürük. Mümkün olmayan mümkün edilib, ona görə də gərək heç nə unudulmasın və yaddan çıxmadan yazılsın, çəkilsin, arxivləşdirilsin və elə bu gün, sabah da qiyməti verilsin. Parlament bütövlükdə və biz deputatlar bunu görür, edir və deyirik, onlarla təkliflərimiz və çağırışlarımız olub və olur. Gərək hər kəs töhvəsini versin”.

 

R.Nurulayev bir neçə təklif irəli sürüb:

 

“Prezident İlham Əliyevin etdiklərini və apardığı davamlı, zəncir kimi bir-birinə bağlı proseslərdən ibarət, eyni zamanda bir-birini məntiqi sonluqla tamamlayan, amma mürəkkəb bir siyasətin şahmat fiqurları kimi gedişlərini dünyanın heç bir hərbi və diplomatik məktəblərində öyrənmək mümkün deyil. Ona görə də bu siyasəti, diplomatiyanı, regionda və dünyada gedən prosesləri öz xeyrinə həll etmə bacarığını ayrıca bir fakültə kimi, mərkəz kimi öyrənmək lazımdır. Çoxlu kitablar yazılır, məqalələr dərc edilir, jurnallar çıxarılır, amma ağrılı olsa da deyəcəm ki, hamısı az qala biri-birinin təkrarıdır. Öyrədici, faktlara və Prezidentin atdığı gedişlərə söykənən, bu gün yaşadığımız siyasi gerçəkliyi indiki və gələcək nəsillərə çatdırmaq üçün konkret kinolar, sənədli filmlər, vəsaitlər çəkmək və yazmaq lazımdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?