Sancıdan doğranan Fransa

17:00 12-10-2023 | icon 312 | Siyasət
Sancıdan doğranan Fransa

Fəzail İbrahimli: “Fransanın qarnına sancı dolub, min oyundan çıxır”

 

“Bu gün Fransanın qarnına sancı dolub, min oyundan çıxır. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər üzərində qələbə çaldıq”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında vitse-spiker Fəzail İbrahimli deyib.

 

Deputat bildirib ki, xalqı dünyada tanıtdıran əsas məsələ ölkənin siyasətə təsir etmək imkanı olan fenomen tarixi şəxsiyyətlərə malik olmasıdır:

 

“Müasir Azərbaycanın banisi, dünya siyasətində öz dəst-xəti olan Heydər Əliyev məhz belə şəxsiyyətlərdən olub. Dövlətin gələcəyinin etibarlı əllərdə olmasını düşünərək İlham Əliyevi yetişdirdi. Bu gün dünya dövlət siyasətinin boy sırasında nəinki uca görünən, sözü, fikri, qəti mövqeyi olan ölkəmiz var. İlham Əliyev o zaman üçün bataqlıqda olan dövlətimizi bu gün dünyanın ən yüksək səviyyəsinə qaldıra bildi. 20 illik tarixin zirvəsi Vətən müharibəsindəki qələbə, tacı isə antiterror tədbirləri oldu. Tarixdə tərcümeyi-halımızın ən şərəfli səhifəsini düşmən üzərində qələbəni yazdıq. Biz dünya erməniçiliyinə qalib gəldik. İlham Əliyev ata-babalarımızın, eləcə də bizim uzun illər yaşadığımız acıları övladlarımıza ötürmədi. Bunu obrazlı desək, dəfn etməkdə olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna sonuncu mismarı vurduq. Bax, əsil həqiqət budur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?