Ermənistana xəbərdatrlıq, Fransaya tövsiyə

17:57 13-10-2023 | icon 384 | Siyasət
Ermənistana xəbərdatrlıq, Fransaya tövsiyə

Adil Əliyev: “Soyqırım cinayəti törədən dövlətlər məsuliyyətdən yayınmağa çalışır”

 

"Ermənistan hakimiyyətinin yeganə xilası sülh müqaviləsinin imzalanmasından keçir. Rusiya Federasiyasının iştirakı ilə 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatdan sonra, təəssüf ki, Ermənistan üç ilə yaxın müddət ərzində sülh müqaviləsini imzalamayıb. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Ermənistanın hələ də müqaviləni  imzalamaması Ermənistanın ikili mövqe sərgiləməsini göstərir.  Baxmayaraq ki, keçən il beynəlxalq tərəfdaşların iştirakı ilə qəbul edilmiş Bəyanatla hər iki ölkə Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını qeyd etdilər".

 

Bunu Versus.az-a Vitse-spiker Adil Əliyev Ermənistanın Azərbaycanbla bağlı sərgilədiyi mövqeyə və ona dəstək verən havadarlarının ikili, ermənipərəst mövqeyi ilə bağlı bildirib.

 

A.Əliyev qeyd edib ki, Ermənistan həmin bəyannamənin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə ehtiram göstərəcəyini elan etdi. Lakin sonradan atdığı qıcıqlandırıcı addımlar, səsləndirdikləri fikirlərlə əməlləri arasındakı ciddi uçurumu göstərdi. Təxribatlara son qoyulması barədə edilən çoxsaylı çağırışlar təəssüf ki, nəticəsiz qaldı. Vəziyyət daha da mürəkkəbləşdi, Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi, sentyabrın 9-da qondarma hakimiyyət orqanlarına “seçki” keçirməklə sülhün qarşısında olduqlarını təkrar nümayiş etdirdilər.

 

"Separatçılar tərəfindən törədilmiş təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu tərəfindən bu ilin 20 sentyabr tarixində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri qısa zaman kəsiyində öz effektini verdi. 24 saatdan da az müddət ərzində separatçılar təslim oldu. Artıq bütün əməliyyatlar başa çatıb və Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətə reinteqrasiyasına nail olunması istiqamətində bütün addımlar atılır. Azərbaycanın dövlət qurumları erməni əsilli vətəndaşların hüquqlarını təmin edir və onların müraciətlərinə baxaraq qısa zaman kəsiyində həll edirlər. İnteqrasiya prosesini sürətləndirmək məqsədilə Azərbaycan Hökumətinin nümayəndəsi ilə erməni icması arasında görüşlər keçirilib.

Lakin, Ermənistan hələ də sülh müqaviləsinin imzalanması məqsədilə əməli addım atmır. Azərbaycanın iştirak etmədiyi görüşdə iştirak edir, əksinə region üçün vacib olan məsələlərin müzakirəsinə aid Bişkek görüşündə iştirakdan yayınır".

 

Deputat Fransanın Ermənistanı uçuruma apardığını deyib. 

 

"Ermənistanı hər addımda uçuruma sürükləyən dövlət təbii ki, Fransadır. Məhz Fransa hakimiyyəti ölkəsində olan xaosu gizlətmək məqsədilə problemləri Ermənistana ötürür. Əli milyonlarla əlcəzairlinin qanına batmış Fransa, törətdiyi soyrıqımların unudulduğunu düşünərək 20-ci əsrin ən faciəli hadisəsi olan Xocalı soyqırımını törədənlərə dəstək nümayiş etdirir. Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri daxilində öz suverenliyini bərqərar etmək kimi hüquqi addımının qarşısında dayanmağa cəhd edir.

Fransanın Qərbdə cəhd etdiyi və ölkəmizi mövcud konyunkturadan kənarda saxlamağa yönəlmiş əməlləri tam qanunsuzdur, həm də ki, nəticəsizdir. Təbii ki, Fransa bunu bilir, yeganə məqsədi törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaqdır. Artıq hər kəs əmindir ki, separatçılara bu illər ərzində ən böyük dəstəyi də məhz Fransa verib.

 Vətən Müharibəsində bu ölkənin sərgilədiyi mövqeyə cənab Prezident İlham Əliyev kəskin şəkildə bildirmişdir ki, “əgər Fransa Qarabağ üçün öz müqəddəratını təyin etmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər. Qoy Korsikaya müstəqillik versin, qoy basklara müstəqillik versin. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var?”

 

Ermənistana istənilən dövlətin təsirindən asılı olmayaraq, qərarı özü qəbul etməlidir. Bir dövlət olaraq mövcudluğunu davam etdirmək istəyirsə sülh müqaviləsinə imza atmalı və regionda sabitliyin inkişafına töhfəsini verməlidir".

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA