"İlham Əliyev son NİDAnı qoydu!"

09:10 16-10-2023 | icon 349 | Siyasət
"İlham Əliyev son NİDAnı qoydu!"

Fuad Əliyev: "Şanlı zəfərimiz nəticəsində üçrəngli bayrağımız Qarabağı öz ay-ulduzu ilə bəzədi"

 

Xəbər verdiyimiz kimi, oktyabrın 15-də Azərbaycan Prezidenti Xankəndi şəhərində də Azərbaycan bayrağını ucaldıb.

 

Prezidentliyə eks-namizəd, Müstəqil Həmkaralar Birliyinin sədri Fuad Əliyev Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltmasını yüksək dəyərləndirərək, Azərbaycan xalqının bu anı səbirsizliklə gözlədiyini qeyd edib.

 

F.Əliyev bildirib ki, Tanrı son 30 ildə bizə azadlıq və müstəqil olduğumuzu bəxş etdi:

 

"Millətimizin imzası imzalar içərisində yer tutdu, müstəqil Azərbaycanımız dövlətlər sırasına qoşuldu, bayrağımız dünyanın əksər ölkələrində qaldırıldı. 30 il ərzində bir arzu ilə yaşamış xalqımız məhz bu gün, prezident İlham Əliyevin Prezident seçilməsinin 20 illiyini qeyd etdiyimiz günü, son NİDAnı gördü - Bayrağımız Xankəndində ucaldı".

 

F.Əliyev qeyd etdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bizim üçrəngli bayrağımız Qarabağda, Xankəndidə, Şuşada, digər işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır:

 

"Böyük qələbəmizin təcəssümü olan Zəfər günü ilə Bayraq gününün ardıcıl olaraq qeyd edilməsi təqvimdə xoş bir təsadüf oldu. Şanlı zəfərimiz nəticəsində üçrəngli bayrağımız artıq 30 ilə yaxın həsrət qaldığı torpaqlara qovuşdu, Qarabağ diyarını öz ay-ulduzu ilə bəzədi.

 

Eşq olsun Azərbaycan əsgəri və zabitlərinə!

Eşq olsun Azərbaycan Prezidenti İlham Əliyevə!

Eşq olsun, Azərbaycan bayrağına!

Qarabağ Azərbaycandır!!!"

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”