Yeni qanunun DETALLARI

12:56 17-10-2023 | icon 338 | İqtisadiyyat
Yeni qanunun DETALLARI

"Dövlət qiymət artımının qarşısını alacaq"

 

“Dövlət ehtiyatları haqqında” Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində I oxunuşda müzakirə olunub. 4 fəsil 14 maddədən ibarət olan yeni sənəddə, dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələr təsbit olunub.

 

Yeni qanun nəyi dəyişəcək?

 

Qanunda həmçinin, analoji mallar, bazar iştirakçısı, dövlət ehtiyatlarının brondan çıxarılması və borc verilməsi, əvəzləşdirilməsi, strateji əhəmiyyətli mallar, strateji ehtiyatlar və s. kimi anlayışlar yer alıb.

 

Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil ediləcək.

 

Bəzi ekspertlər bildirirlər ki, sözügedən qanunun qəbulundan sonra ölkədə strateji məhsulların qiymətində baş verəcək süni və kəskin artımların qarşısı alınacaq. Eyni zamanda əsas tələbat məhsulları üzrə strateji ehtiyat fondları yaradıla bilər.

 

Ölkədə yeni ehtiyat fondları yaradıla bilərmi?

 

Mövzu ilə bağlı fikirlərini açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov bu qanun layihəsinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

 

Deputatın sözlərinə görə, dövlət tərəfindən strateji məhsullara bəzi ərzaq və yanacaq növləri, eləcə də dərman ləvazimatları daxil edilib:

 

“Dövlətimiz də bu məhsullar üzrə ehtiyat yaradır ki, bu da fövqəladə vəziyyət, səfərbərlik, müharibə və digər situasiyalarda istifadə olunacaq. Yəni, belə vəziyyətlərdə əhali əziyyət çəkməyəcək və əhali tam əminliklə həyatına davam edəcək. Dövlət bu ehtiyatın minimal məbləğini müəyyən edir, monitorinqlər və təhlillər aparır. Ehtiyatlar minimal həddən aşağı düşərsə, yenidən təminatını həyata keçirir. Qanunun digər əhəmiyyəti isə ondan ibarətdir ki, bu məhsullar üzrə kəskin qiymət artımı olarsa, ehtiyatlardan müəyyən qədəri bazara çıxarılır və qiymət artımının qarşısı alınır. Bu da ölkə vətəndaşları üçün mühüm əhəmiyyətə malikdir. Çünki qanun bütün hallarda onların mənafeyinə xidmət edir”.

 

Millət vəkilinin fikrincə, hazırda mövcud olan daxili ehtiyat fondları öz işlərini bundan sonra daha ciddi şəkildə həyata keçirəcəklər:

 

“Hətta qanun çərçivəsində fəaliyyətlərini daha da genişləndirəcəklər. Bundan başqa, Nazirlər Kabineti tərəfindən strateji məhsulların siyahısı hazırlanacaq və hansı məhsullara tələbat daha çoxdursa, bu müəyyən ediləcək. Eyni zamanda, həmin məhsulların saxlanma müddəti, hansı dövlət qurumu tərəfindən idarə olunması və digər məsələlər öz həllini tapacaq. Bir sözlə, bütün mövcud fondlar daha mükəmməl şəkildə öz fəaliyyətlərini təmin edəcəklər”. /Bizim.Media/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK