Messi dubl edib tarixi rekorda imza atdı

11:50 18-10-2023 | icon 348 | İdman
Messi dubl edib tarixi rekorda imza atdı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

 

Versus.Az xəbər verir ki, son dünya çempionu Argentina Perunun qonağı olub.

“Tanqoçular” Lionel Messinin dublu sayəsində 2:0 hesablı qələbə qazanıblar.

 

32-ci və 42-ci dəqiqələrdə fərqlənən 36 yaşlı hücumçu yeni rekorda imza atıb. O, dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələləri tarixinin bombardiri adını ələ keçirib. Messi qollarının sayını 31-ə çatdıraraq, uruqvaylı Luis Suaresi geridə qoyub. Suaresin hesabında 29 qol var.

 

 

Braziliya isə səfərdə Uruqvaya eyni hesabla yenilib. Qolları Darvin Nunyes və Nikolas de la Kruz vurublar.

 

Bu nəticələrdən sonra Argentina 12 xalla liderliyini davam etdirir. Braziliyanın 7 xalı var. Komanda Uruqvay və Venesuela ilə 2-4-cü yerləri bölüşdürür.

 

 

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

 

Venesuela - Çili - 3:0

Qollar: Soteldo, 45+1, Rondon, 72, Maçis, 79

Paraqvay - Boliviya - 1:0

Qol: Sanabriya, 69

Ekvador - Kolumbiya - 0:0

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ