Azərbaycan klubunda QALMAQAL

13:20 18-10-2023 | icon 337 | İdman
Azərbaycan klubunda QALMAQAL

Pullarını ala bilməyən futbolçular çempionat oyununa çıxmaqdan imtina etdilər

 

“İrəvan” klubunun futbolçuları Azərbaycan I Liqasının V turunda “İmişli” ilə səfər oyununa çıxmayacaqlar.

 

Versus.Az Oxu.Az-a istinadən xəbər verir ki, komandanın oyunçuları qarşılaşmanı boykot ediblər.

 

Buna klubun futbolçulara məvacibləri ödəməməsi səbəb olub. Daha əvvəl maaşların ödənməməsinə görə məşqə çıxmaqdan imtina edən oyunçular bu dəfə oyunu boykot ediblər.

 

Klub son olaraq komandaya yarım ayın məvaciblərini ödəməyi təklif edib. Ancaq onlar bütün borcların bağlanmasını istəyiblər. Oyunçulara avqust və sentyabrın məvacibləri ödənməyib.

 

Rəhbərliyin tələbə müsbət yanaşmamasından sonra futbolçular səfər oyunu üçün İmişliyə getməmək qərarına gəliblər. Qarşılaşma bu gün saat 15:00-da başlanmalıdır. Lakin komanda İmişliyə yollanmayıb.

 

Problem həll edilməyəcəyi təqdirdə futbolçular qarşıdakı görüşləri də boykot etməyi planlaşdırırlar. Onlar məvaciblərin tam ödənməsini, zədəli oyunçuların əməliyyat xərclərinin qarşılanmasını, futbolçular üçün yaxşı məşq və istirahət şəraitinin yaradılmasını tələb edirlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ