İşçi Qrupundan Avstriyaya ETİRAZ

20:20 20-10-2023 | icon 307 | Siyasət
İşçi Qrupundan Avstriyaya ETİRAZ

Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Avstriya Parlamentinin 19 oktyabr 2023-cü il tarixli birtərəfli, regionda baş verən hadisələri obyektiv əks etdirməyən, beynəlxalq hüquq normalarına və beynəlxalq aləmdə Avstriya Respublikasının neytral mövqeyinə zidd olan bəyanatına qəti etirazını bildirir və regionda etimad və sülh yaradıcı fəaliyyəti hədəf alan bu hərəkəti şiddətlə qınayır.

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatında deyilir.

 

"Qəbul edilən bəyanatda Azərbaycanın öz suveren ərazisində terrorçuluqla mübarizəsi, antiterror tədbirləri zamanı mülki əhalinin ziyan çəkməməsi, Qarabağın erməni əsilli sakinlərinin könüllü olaraq Ermənistana keçməsi, Qarabağı tərk etməyərək orda qalan insanlara Azərbaycanın hər cür yardım etməsi, reinterqasiya prosesi üçün Azərbaycanın xüsusi portal yaratması və Azərbaycanın Prezident Administrasiyasının reinteqrasiya üçün xüsusi plan bəyan etməsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud olmuş münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalması öz əksini tapmamışdır.

 

18 oktyabr 2023-cü il tarixində Avstriya Parlamentində deputatlarla görüş zamanı bütün bu məsələlər və faktlar tərəfimizdən sübutlarla onların diqqətinə çatdırılıb və deputatları maraqlandıran bütün suallara cavab verilib.

 

Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edirik. Hesab edirik ki, bu cür bəyanatlar Ermənistandakı revanşist qüvvələri Azərbaycana qarşı fəaliyyətlərə təhrik edir və heç bir halda Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etmir", - bəyanatda bildirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?