“Azəristiliktəchizat” vətəndaşlarla müqavilə BAĞLAYIR

15:31 23-10-2023 | icon 224 | Sosial
“Azəristiliktəchizat” vətəndaşlarla müqavilə BAĞLAYIR

“Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

 

Məlumata görə, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Bununla bağlı “Azəristiliktəchizat”ın əməkdaşları Cəmiyyətdə işlədiyini təsdiq edən vəsiqəni təqdim etdikdən sonra müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti təqdim etməyini xahiş edir. Müvafiq sənədlər əsasında “Azəristiliktəchizat” və istehlakçı arasında müqavilə imzalanır.

 

Sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

 

Əlavə məlumatlar üçün istehlakçılar qurumun “956” Qaynar Xətti ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ