Taksilərlə bağlı xaos davam edir

18:29 24-10-2023 | icon 286 | Sosial
Taksilərlə bağlı xaos davam edir

Oktyabrın 1-dən “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərə əsasən taksilərlə bağlı yeni tələblər qüvvədədir. Bu tarixdən avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidir. Artıq bir neçə şirkət taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziya alıb. 

 

Ancaq bir çox taksi hələ də lisenziyasız fəaliyyət göstərir. Belə ki, qanunun tətbiqinə başlanılsa da, cərimələr hələlik qüvvəyə minməyib. Sərnişin və yük daşınma qaydalarının pozulmasına görə nəzərdə tutulmuş cərimələr 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

Ümumiyyətlə, taksilərlə bağlı dəyişiklik nəticə veribmi? 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Qliyev açıqlamasında qanunun vacibliyindən danışıb:

 

“Avtomobil nəqliyyatı haqqında” qanunun qəbul olunması lazım idi. Görürdük ki, Bakıda, böyük şəhərlərdə, regionlarda müəyyən problemlər var idi. Burada həm təhlükəsizlik, qeydiyyat, şəffaflıqla əlaqədar bir çox narahatlıqlar var idi. O cümlədən Bakıda tıxaclarla bağlı problemlər yaranmışdı, hansı ki, son ildə həllini tapa bilməmişdi. Bütün deputat korpusunun bu qanuna böyük ümidi var".

 

 
 
Millət vəkili qanunun taksi qiymətlərinə müəyyən qədər təsir edəcəyini bildirib:

 

“Qanunun qüvvəsi daha çox ona yönəlir ki, Azərbaycanda taksi xidmətlərini həyata keçirə biləcək yerli  şirkətlər yaransın. Bakıda bir neçə baş ofisi Azərbaycanda olmayan, Avropa, Amerika, Rusiyada olan xarici şirkətlər var idi. Bu da bir təhlükə yaradırdı, həmin şirkətlərin taksi sürücüləri ilə qurulan rəsmi münasibətlər qeyri kafi idi. Taksi sürücülərinin maraqları ilə kəsişmirdi. Əgər taksi qiymətlərinin artımı olsa, ümumi Azərbaycanda inflyasiya tempinə uyğun olaraq 5-10% qalxa bilər. Amma bunun müsbət cəhətləri daha çoxdur. Burada taksi sürücüsü  ilə sərnişinin münasibətləri, geyimi, avtonəqliyyatın təhlükəsizliyi kimi məsələlər o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş vergilərin ödəmələrini qanun tənzimləyəcək”.

 

Nəqliyyat eksperti Elməddin Muradlı hazırda cərimə sanksiyasının olmadığını xatırladıb

 

"Qanuna görə cərimələr qüvvəyə minəcək. Bu tarix ərzində sözsüz ki, qayda pozuntusuna yol verənlər olacaq. Sadəcə olaraq bununla bağlı nizamlama prosesi gedir. Hal-hazırda taksi fəaliyyətində ciddi problemlər var. Prosesi tənzimləmək elədə asan deyil. Burada  böyük kütlə ilə iş görmək lazımdır. Bunların da həssas təbəqə olduğunu nəzərə alsaq  işin nə qədər ağır olduğunu təsəvvür etmək elədə çətin deyil. Ona görə də cərimədən söhbət getdmir. Əsas hədəf təbliğat və insanları düzgün yola dəvət etməkdir. Onlar bu prosesi keçəndən sonra qanunla məsuliyyət daşıdıqlarını dərk edəcəklər  və cəzalarını da alacaqlar”.

 

 

 

 

Ekspert də qanunun qiymətlərə təsir edə biləcəyini vurğulayıb:

 

“Qiymətlərə müəyyən qədər təsiri var.  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən edilən tövsiyələr nəticəsində minimum qiymət müəyyənləşib. Yəni artıq  70 qəpiyə, 1 manata heç kim yol qət etmir. İndi minimal qiymət 2 manat 50 qəpikdir, ondan yuxarı şirkətlər özləri nə təyin edirsə, o qiymətlərə də yolu qət etmək mümkündür.  Sadəcə bizdə olan məlumata əsasən, şirkətlər yola uyğun qiymətlər tətbiq etmir, sürücülər yenə narazıdır ki, “bizi ucuz qiymətə işlədirlər”. Bəzi inanlar məsələyə öz mənafeyi baxımından yanaşır, elə “bizə sərf edir, taksi ucuz olsun, biz də bütün gün taksidə gəzək”. Amma nəzərə almaq lazımdır ki, orada böyük kütlə işləyir. Onları o qiymətə istismar etmək düzgün  deyil. Yaxşı olar ki, insanlar bunu başa düşsünlər. “Taksi ucuz olsun, bütün gün taksidə gəzək” inkişafa aparan yanaşma deyil. Bu sahədə ciddi problemlər var, həll olunmalıdır. Daha sonra qiymət də digər məsələlər də öz həllini tapacaq”. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ