Xudayarın xatirəsinə həsr olunmuş film - TƏQDİMAT

19:52 23-10-2023 | icon 612 | Film
Xudayarın xatirəsinə həsr olunmuş film - TƏQDİMAT

Oktyabrın 22-dən Flame Towers Park Cinema kinoteatrında şəhid Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş, rejissor Turqut Əli Ərdəbil və baş prodüseri Namiq Qafarovun çəkdiyi “Dastana döndü” filmi nümayiş olinir.

 

Versus.Az xəbər verir ki, oktyabrın 21-də baş tutmuş açılışda Xudayarın anası Radə xanım çıxış edib.

 

O, oğlunun xatirəsini əbədiləşdirəcək film ərsəyə gətirdiyi üçün rejissor və prodüserə təşəkkür edib.

 

Xudayar mükəmməl vokal qabiliyyətinə malik idi və döyüş yoldaşlarının ruhunu yüksəltmək üçün döyüşlər arası “Vətən yaxşıdır” mahnısını təsirli ifası ilə məşhurlaşdı. Bu mahnı xalq arasında Xudayarın şərəfinə “Xudayar təsnifi” adlandlrıldı.

 

Xatırladaq ki, Xudayar Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub. Ömrünün 24-cü günündə oğlan atasını itirib. X.Yusifzadə Bərdə şəhərindəki 1 nömrəli Uşaq Musiqi Məktəbini bitirsə də, ürəyində hər zaman hərbçi olmaq arzusu ilə yaşayırdı. Dövlət Sərhəd Xidmətinə müraciət edərək 3 aylıq təlim keçədikdən sonra Astarada gizir kimi xidmət etməyə başlayan Xudayar, general Polad Həşimovun qəhrəmancasına həlakından sonra könüllü olaraq cəbhəyə yollanıb. X.Yusifzadə Vətən müharibəsi dövründə Kəlbəcər istiqamətində, Murovdağ yüksəkliyində döyüşmüş, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlını azad edənlərin sırasında olmuşdur. Bu igid döyüşçü Ağbənd kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Sinəsindən yaralanan Xudayar döyüşə davam etsə də, yenidən yaralanaraq, ona atəş açan düşməni son nəfəsində məhv edərək şəhid oldu. X.Yusifzadə ölümündən sonra “Azərbaycan Bayrağı”ordeni, “Vətən uğrunda” və “Zəngilanın azadlığına görə” medalları ilə, həmçinin "Milli Dalğa"nın xüsusi nominasiyası "Vətən səsi" mükafatı ilə təltif edilmişdir.


“Əfsanə oldu” filmi İkinci Qarabağ müharibəsi qəhrəmanı Xudayar Yusifzadənin həyatından bəhs edir. Xudayar və Nigar Bakıda qonşuluqda yaşayırlar. Gecə növbəsində mühafizəçi işləyən Xudayar səhərlər həmişə kifayət qədər yatmağa çalışsa da, qonşusu Nigar gitarasının səsləri ilə onu narahat edir. Nigar, musiqi təhsili olan Xudayarı musiqi ilə məşğul olmağa razı salmağa çalışır. Xudayar isə Sərhəd Qoşunlarına yazılır və Nigara qarşı olan incə hisslərini bildirmədən, cəbhəyə yollanır. Lakin Nigar onun hisslərinə arxayındır və hətta o hisslər qarşılıqlıdır. Xudayar komandirin əmri ilə Zəngilana yollanır. Onun yoldaşı Aqşin istisna olmaqla, bütün komanda Ağbənd kəndi uğrunda həlak olur. Xudayar ömrünün son dəqiqələrində Xarı Bül-Bül təsviri olan qolbaqı Akşinə verirərək tapşırır ki, onu Nigara çatdırsın və o, bu bəzək əşyasını həmişə çox böyük qürurla taxsın.

 

Filmin sonunda Xudayar Yusifzadənin ifasında “Dastana döndü” mahnısı səsləndirilir.


Onun səsi hər zaman qəlbimizdə yaşayacaq.

 

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ