Milyardlar qazandıracaq LAYİHƏ

14:28 27-10-2023 | icon 410 | İqtisadiyyat
Milyardlar qazandıracaq LAYİHƏ

Azərbaycan İran və Rusiyanı birləşdirən MƏRKƏZƏ ÇEVRİLİR

 

Rusiya və İran 2024-cü ilin mart ayına qədər iki ölkədən idxal olunan mallar üçün rüsumları aradan qaldırmağa razılaşıblar.

 

Bu barədə oktyabrın 24-də İran-Rusiya Birgə Ticarət Palatasının üzvü Kambiz Mirkazemi məlumat verib.

 

“İran və Avrasiya ölkələri arasında münasibətlərin kommersiya inkişafı ilə əlaqədar olaraq, operatorların gömrük, tariflər və rəqabətli bazar sahəsində problemləri ilin sonuna kimi həll olunacaq”, - deyə o bildirib.

 

Mirkazemi, həmçinin deyib ki, azad ticarət sazişinin həyata keçirilməsi üçün infrastruktur İran və Rusiya danışıqlarında yüksəksəviyyəli qarşılıqlı anlaşma sayəsində sürətli templə yaradılır.

 

Məlumdur ki, Rusiya ilə İranı birləşdirəcək ən unikal kommunikasiya xətti Şimal-Cənub dəhlizidir. Bu dəhliz isə Azərbaycandan keçir.

 

Elə isə İranla Rusiya arasındakı bu anlaşmanın Azərbaycana hansı iqtisadi və siyasi faydaları ola bilər?

 

Mövzu ilə bağlı Bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Beynəlxalq aləmdən iqtisadi sanksiyalar hesabına təcrid olan ölkələrin bir-birinə çox böyük ehtiyacı var:

 

“İş elə gətirib ki, bu iki ölkəni birləşdirəcək ən sərfəli nəqliyyat dəhlizi Azərbaycan üzərindən keçir. Ona görə də Rusiya ilə İran arasındakı bu razılaşmanın Azərbaycana çox böyük faydası ola bilər. Təkcə tranzit daşımalarından Azərbaycanın dövlət büdcəsi yüz milyonlarla dollar qazanacaq”.

 

Akif Nəsirli bu layihənin Azərbaycana gətirəcəyi siyasi dividendlərdən də danışıb:

 

“Məlumdur ki, Rusiya və İranın maraqları heç də hər zaman Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Ona görə də bu layihənin reallaşacağı təqdirdə Azərbaycan böyük ölçüdə siyasi dividend əldə edəcək. Nə qədər ki, həm İran, həm Rusiya Azərbaycana ehtiyac duyacaq, bir o qədər məcburdurlar ki, Azərbaycanla münasibətləri normal saxlasınlar. Bir sözlə bu iki dövlət arasında iqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artması Azərbaycana həm siyasi, həm də iqtisadi dividend gətirə bilər. Ona görə də iki qonşu dövlət arasında reallaşacaq bu layihə Azərbaycan üçün müsbət tendensiyadır və bizim milli və dövlət maraqlarımıza tam uyğundur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır