Güclü stresin bilmədiyimiz ƏLAMƏTLƏRİ

10:44 30-10-2023 | icon 211 | Sağlamlıq
Güclü stresin bilmədiyimiz ƏLAMƏTLƏRİ

“Güclü sarsıntı keçirdikdə, bədəndə həddindən artıq stres hormonları ifraz edildiyi üçün orqanizm yardım siqnalı göndərir”.

 

Bunu rusiyalı bevroloq Yekaterina Demyanovskaya deyib.

 

Onun sözlərinə görə stres zamanı insanın nəbzi artır, qan təzyiqi yüksəlir və hamar əzələ spazmları meydana gəlir. Həmçinin, əsəbiləşən zaman şiddətli qarın ağrısı da baş verə bilər:

 

"Kortizol, adrenalin və digər stres hormonlarının ifrazının artması səbəbindən qaşınma, səpgilər, qabıqlanma və ya sızanaq meydana gələ bilər. Stres zamanı həzm orqanlarının qanla təchiz olması və peristaltikası azalır. Bu səbəbdən mədə seliyinin ifrazatı pozulur”.

 

Nevroloqun sözlərinə görə, xroniki stres keçirən insanlarda bağırsaq mikroflorasında disbalans yaranır. O, güclü stresin gizli əlamətlərindən birinin də öskürək olduğunu qeyd edib:

 

“Mədə-bağırsaq traktının işinin pozulması ilə əlaqəli stresin başqa bir əlaməti boğaz ağrısı və ya boğazda düyün qalma hissidir, bu da öskürəyə səbəb olur. Bu vəziyyət qırtlağın əzələlərinin qeyri-ixtiyari yığılması, tüpürcək ifrazının azalması səbəbindən udlaqda quruluq və burun nəfəsinin pozulması nəticəsində yaranır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ