Sumqayıtda silahlı basqın törədən şəxs cinayət motivini ETİRAF ETDİ

11:28 30-10-2023 | icon 305 | Hadisə
Sumqayıtda silahlı basqın törədən şəxs cinayət motivini ETİRAF ETDİ

Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.

 

İki nəfərin ölümü və dörd nəfərin xəsarət alması ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qətl, iki və daha çox şəxsin öldükdə), 29.120.2.7-ci (iki və daha çox şəxsin öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri cinayət işi açılaraq istintaqı aparılır.

 

İş üzrə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. O, törətdiyi əməli etiraf edib və hadisəsi qisas məqsədilə törətdiyini deyib. Hazırda istintaq orqanı tərəfindən onun dindirilməsi prosesi həyata keçirilir. Şübhəli şəxs dövlət hesabına vəkillə də təmin edilib.

 

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər - Tərlan Fərəcova, Serkan Karakaş, Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb. /APA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Xankəndidə separatçılıq rəmzləri SÖKÜLÜR

Təhlükəli xəstəliyin müalicəsi TAPILDI

Bakının məşhur məktəbi təmirə bağlanır