“Freddi ilə beş gecə” filminin premyeradan öncə NÜMAYİŞİ

11:41 30-10-2023 | icon 561 | Film
“Freddi ilə beş gecə” filminin premyeradan öncə NÜMAYİŞİ

“Halloween” qorxu deməkdir, əsl qorxu isə kinoda olur!

 

“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Halloween” bayramı ərəfəsində “Freddi ilə beş gecə” ABŞ qorxu filminin premyeradan öncə nümayişi keçirilib.

 

Filmin rejissoru Emma Tammidir. Filmdə rolları Coş Hatçerson, Elizabet Leyl, Payper Rubio, Ket Konner Sterlinq, Meri Styuart Masterson və Metyu Lillard ifa ediblər.

 

Film tərtibatçı Skot Kouton tərəfindən yaradılmış məşhur video oyununa əsaslanır və yerli restoranda gecələr işləyən mühafizəçi Maykın hekayəsindən bəhs edir. Gün ərzində ziyarətçiləri müxtəlif heyvanlar kimi geyinmiş robotlar qarşılayır: ayı, dovşan, tülkü. Ancaq qaranlıq çökəndə robotlar qəribə davranırlar və Maykı təqib etməyə başlayan çılğın qatillərə çevrilirlər. İndi o, beş gün ərzində buna nəyin səbəb olduğunu öyrənməlidir.

 

Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

 

Tədbirin təşkilində Brand Media Groups, “Bolşoy Prazdnik” dekor şirkəti, “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti və Göyçay şəhərində fəaliyyət göstərən “Aznar” zavodunun “Grante” şərabları dəstək göstəriblər.

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ