Azərbaycan incəsənət ustaları Barokko festivalında

09:27 16-11-2023 | icon 347 | Mədəniyyət
Azərbaycan incəsənət ustaları Barokko festivalında

Azərbaycan incəsənət ustaları Tbilisidə keçirilən Barokko festivalında iştirak ediblər.

 

Versus.Az xəbər verir ki, Əməkdar artist Əyyub Quliyev festival çərçivəsində Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının kiçik zalında keçirilən konsertdə Gürcüstan Dövlət Kamera Orkestrinə dirijorluq edib.

 

Konsertdə Azərbaycanın əməkdar artistləri İlham Nəzərov və Fəridə Məmmədova da çıxış ediblər. Onlar dünya bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan musiqiçilərinin çıxışları alqışlarla qarşılanıb.

 

Musiqişünas, skiripka ifaçısı Mariam Xaritonaşvili deyib ki, festival çərçivəsində təşkil olunmuş konsertdə Azərbaycanın opera müğənnilərinin iştirakı çox mühüm və sevindirici hadisədir:

 

“Biz qardaş və dost ölkələrik. Tbilisidə təşkil olunan konsert və festivallarda azərbaycanlı incəsənət ustalarının çıxışları artıq ənənəvi hal alıb. Bu, bizim mədəni əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir. Düşünürəm ki, Tbilisidə azərbaycanlı, Azərbaycanda isə gürcü müğənnilərin iştirakı ilə konsertlərin təşkili bizim dostluğumuzu daha da möhkəmləndirir və inkişaf etdirir”.

 

Azərbaycanın əməkdar artisti İlham Nəzərov isə açıqlamasında bildirib ki, bu cür beynəlxalq tədbirlər mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.

 

Əməkdar artist Fəridə Məmmədova isə gənclik illərinin Tbilisidə keçdiyini, məşhur musiqiçi Nodar Quadzedən vokal dərsləri aldığını vurğulayıb.

 

Konserti azərbaycanlı və gürcü musiqisevərlər, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, diplomatik korpusun nümayəndələri izləyiblər. /repoert/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır