“O, 20 il əvvəl xalqımıza verdiyi bütün vədləri yerinə yetirdi”

13:16 16-11-2023 | icon 393 | Siyasət
“O, 20 il əvvəl xalqımıza verdiyi bütün vədləri yerinə yetirdi”

Kamilə Əliyeva: "Cənab İlham Əliyev Azərbaycanı dünyada güclü bir dövlətə cevirəcək"

 

“Prezident, cənab İlham Əliyev 20 il əvvəl xalqımıza verdiyi bütün vədləri yerinə yetirdi. Bu gün dünya ictimaiyyəti, o cümlədən ermənilər və onların havadarları yaxşı başa düşürlər ki, Prezident İlham Əliyev nəyi deyibsə, ona da əməl edib. Ölkə başçımızın sözü imzası qədər dəyərlidir. Hərbi paradda Prezident cənab İlham Əliyevin söylədiyi fikirlər Ermənistana və onun havadarlarına bir mesaj olmalıdır. Ermənistan hakimiyyəti, revanşist qüvvələr və onların arxasında dayanan ölkələr Ermənistanın 2020-ci ildə düşdükləri aqibəti unutmamalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva Azərbaycan Prezidentinin 20 illik fəaliyyəti və dövlət, xalq naminə apardığı uğurlu daxili, xarici siyasətin nəticələrinə diqqət çəkərkən bildirib.

 

Deputat bu 20 illik fəaliyyət tarixinin start nöqtəsinə diqqət çəkib. Bildirib ki, 2003-cü il oktyabrın 15-də ilk dəfə Prezident seçilən İlham Əliyev andiçmə mərasimində torpaqlarımızı işğaldan azad edəcəyi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyi barədə xalqa söz verdi:


“Prezident Azərbaycanda milli birliyin bərqərar olmasına nail oldu. Azərbaycan iqtisadiyyatı hər il artdı, ordumuzun maddi texniki bazası yeniləndi, ən müasir silahlarla təmin edildi, güclü milli ordu yaradıldı. Bütün bu işlər bizi böyük Zəfərə yaxınlaşdırırdı. 2020-ci ildə Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan, cənab İlham Əliyevin başçılığı ilə Ermənistanın hərbi təxribatının qarşısını alaraq əks hücuma keçdi və 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək şəhər və kəndlərimizi işğaldan azad etdi. Azərbaycanın əsgər və zabitləri misli görünməmiş böyük qəhrəmanlıq göstərdilər, müharibə zamanı bir addım belə geri çəkilmədilər. Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaətindən qorxuya düşən erməni əsgərləri təşviş içində döyüş meydanlarınl tərk edirdilər. Ermənilər özləri etiraf edirdi ki, 44 günlük müharibə zamanı 12 min erməni əsgər və zabitı fərarilik etmişdir. Azərbaycanın Silahlı Qüvvələrinin bir nəfər hərbiçisi belə döyüş meydanını tərk etməmişdir”.

 

K.Əliyeva Prezidentin fəaliyyətinin xranalogiyasında Zəfər tarixinin yazılmasını xüsusi vurğu ilə qeyd edib:

 

“2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Zəfər bayramımız kimi tarixə yazıldı. Şuşa işğaldan azad edildikdən sonra Ermənistan məğlub olduğunu başa düşdü. 2 gün sonra 10 noyabr 2020-ci ildə Ermənistan məğlub olduğunu etiraf edərək kapitulyasiya aktına imza atdı. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini uğurla başa çatdırdıqdan sonra Azərbaycanın suverenliyi tam bərpa edildi, Qarabağda separatizmin kökü kəsildi. Oktyabrın 15-də Prezident cənab İlham Əliyevin Xankəndində Azərbaycan bayrağını ucaltması Azərbaycan tarixində şanlı bir gün oldu”.

 

Deputat 8 noyabr 2023-cü il tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümündə keçirilən hərbi parada diqqət çəkib:

 

“Zəfər paradını bütün xalqımız, eləcə də dünya azərbaycanlıları böyük sevinc və qürurla izlədi. Hərbi paradda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlığı, şücaəti, Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik və mərdliyi, Ermənistanla onun havadarlarının Azərbaycana qarşı təxribat xarakterli siyasət həyata keçirdikləri barədə çıxış etdi. Ermənistan torpaqlarımızı işğal altında saxladıqları dövrlərdə xalqımız inanırdı ki, Heydər Əliyev siyasi kursunu, irsini davam etdirən müdrik, qətiyyətli, uzaqgörən siyasətçi, eləcə də mahir diplomatik bacarığa, sarsılmaz siyasi iradəyə sahib olan cənab İlham Əliyev Azərbaycanı dünyada güclü bir dövlətə cevirəcək, düşmən tapdağında olan torpaqlarımızı azad edəcək”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi