EMİN Beynəlxalq arenaya qayıdır

18:17 17-11-2023 | icon 569 | Şou-biznes
EMİN Beynəlxalq arenaya qayıdır

EMIN Elvis Preslinin yaradlcılığından ilhamlanaraq, NOW OR NEVER adlı yeni albomun anonsunu verib.

 

Versus.Az xəbər verir ki, 16 Grammy sahibi olan David Fosterin prodüsseri olduğu albom 12 klassik kompozisiyadan ibarət olacaq.

 

Alboma həmçinin Nikol Şerzinger, Katarina Makfi və Engelbert Xamperdinklə ifa olunan duetlər daxildir. Albomun təqdimatı 2024-cü ilin 9 fevralında baş tutacaq.


Dünya üzrə dinləyicilər üçün öncədən sifarişlər aşağıdakı linkdən əldə edilə bilər:


https://bnd.lc/bluexmas

 

Albom haqqında danışan EMIN musiqi karyerasına Elvisi dinləyərək başladığını, onun kimi musiqi yaratmağa çalışdığını deyib:

 

"Bu albom mənim gerçəkləşən ən əziz arzumdur. Devid Fosterlə on il əvvəl tanış oldum və o görüş mənim üçün çox şeyi dəyişdi. Elvis Preslinin bir neçə mahnısını da ifa etdiyimiz Sankt-Peterburqun Saray meydanında baş tutan birgə konsertimizdən sonra əməkdaşlığımızı davam etdirməyin gözəl olacağını düşündüm. Və illər sonra biz Elvisin bir neçə möhtəşəm mahnısını seçərək bu heyrətamiz albomu yaratdıq. Davidin toxunduğu hər şey qiymətsiz və daha yaxşı olur. Bu albomda da belədir – bu, mənim bütün musiqi karyeramda etdiklərimin ən yaxşısıdır”.

 

İşıq üzü görən Blue Christmas NOW OR NEVER albomunun ilk rəsmi sinqlıdır. David Foster klassik hiti yenidən Elvis üslubunda canlandırır. Blue Christmas mahnısının satışından əldə edilən bütün gəlir xeyriyyəçiliyə sərf olunacaq.

 

Elvis Preslinin musiqiyə olan məhəbbətini təcəssüm etdirən NOW OR NEVER hamımızın sevdiyi klassikaya hörmət deməkdir. EMİN Elvis Preslinin repertuarından 12 sevimli və ən ürəkdən gələn sevgi mahnılarını seçib:

 

1 And I Love You So
2 In The Ghetto
3 Don’t Be Cruel
4 Love Me Tender (with Nicole Scherzinger)
5 Unchained Melody
6 It’s Now Or Never (with Katharine McPhee)
7 Make It Through The Night (with Engelbert Humperdinck)
8 Viva Las Vegas
9 Can’t Help Falling In Love
10 Suspicious Minds
11 Until It’s Time For You To Go
12 Blue Christmas

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır