Dələduzluğun QURBANI

00:58 21-11-2023 | icon 339 | Hadisə
Dələduzluğun QURBANI

Bakıda 60 min manat pulu dollara çevirmək istəyən şəxs dələduzluğun qurbanı olub. 

 

Avtomobil alqı-satqısı ilə məşğul Nicat Əliyev (soyad şərti) dollar almaq üçün limiti dolduğundan Elməddin adlı tanışı vasitəsi ilə tanıdığı Qabil, İsmayıl və Ramin adlı şəxslərin hər birinə 20 min manat verib. Həmin şəxslər banklardan birində pulu dollara çevirməli, əvəzində Nicat hər birinə 20 manat pul verməli imiş.

 

Onlar birlikdə Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən banka gediblər. Nicat Elməddinlə birlikdə bankın qarşısında gözləyib. Əvvəlcə Qabil bankdan çıxaraq 11.750 dolları ona verib. Bir qədər sonra İsmayıl da eyni məbləği təqdim edib. Nicatın Ramin kimi tanıdığı şəxsin isə bankdan qaçdığı məlum olub. 

 

Keçirilən əməliyyat zamanı pulu oğurlayan şəxs saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, özünü Nicata Ramin kimi təqdim edib, 20 min manatını alan şəxsin əsl adı Yaşardır. Onun oğurluğu əvvəlcədən Qabil və İsmayıl adlı tanışları ilə razılaşdıraraq planlaşdırması məlum olub. Plana əsasən, onlar Nicatın verdiyi 60 mindən 40 mini dollara çevirərək qaytarmalı, qalan 20 min manatı isə oğurlayaraq aralarında bölməli imişlər.

 

Məhkəmə dövrünə qədər dəymiş ziyan ödənildiyindən Yaşar Zamanova (soyad şərti) iki il, Qabil Vəliyevə (soyad şərti) və İsmayıl Qəşəmova (soyad şərti) 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəza təyin edilib. Onlar Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli biliniblər. /“Qaynarinfo”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Təhlükəli xəstəliyin müalicəsi TAPILDI

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT