Elza Seyidcahan DANIŞDI

08:23 21-11-2023 | icon 462 | Şou-biznes
Elza Seyidcahan DANIŞDI

"Yazıçılar Birliyi mənə ev versəydi, qəbul etməzdim"

 

Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi müzakirələrə səbəb olub.

 

Həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat işçilərindən, bir sözlə, texniki heyətdən ibarət olduğu vurğulanır. 

 

Versus.az xəbər verir ki, Bəstəkarlar və Yazıçılar Birliyinin üzvü, Əməkdar artist Elza Seyidcahan məsələdən bixəbər olduğunu bildirib:

 

“Bu xəbəri ilk dəfə sizdən eşidirəm. Çox gözəl təşəbbüsdür. Buna görə isə təbii ki, Yazıçılar Birliyində çalışan hər birimiz Prezidentimiz İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bu bizim yaradıcılığımıza verilən böyük dəyər və qiymətdir”.

 

Seyidcahan adının bu siyahıda olduğu halda evdən imtina edəcəyini vurğulayıb: 

 

“Düzdür, adım bu 21 nəfərin içində olmasa da, ev alan hər bir AYB ailəsinin üzvünə təşəkkürümü bildirirəm. Düşünürəm ki, əgər adım bu siyahıda olsaydı, mən o evi qəbul etməzdim. Baxmayaraq ki, hamı bilir ki, mənim də evə ehtiyacım var. Çünki AYB-yə yenicə üzv olmuşam. Mən o evi burada çalışan və illərlə külüng vuran digər sənətkarlara bağışlayardım. O evi götürməyə utanardım... Çox istərdim ki, Bəstəkarlar İttifaqının üzvlərinə də ev verilsin. Təbii ki, o ittifaqdan mənə ev verilsəydi, məmuniyyətlə götürərdim, çünki artıq uzun illərdir ki, oranın üzvüyəm”. /bizim.media/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı