Manaf Ağayev HƏDƏLƏDİ

12:07 21-11-2023 | icon 450 | Şou-biznes
Manaf Ağayev HƏDƏLƏDİ

“Kişiliyimə əl uzadanın gözünü çıxardaram”

 

“Bir Allah şahiddir ki, bəlkə də yer üzündə mənim kimi kövrək, ürəyi təmiz ikinci adam ola bilməz. Bunu mən deyirəm və altından da xətt çəkirəm. Amma kişiliyimə, şəxsiyyətimə əl uzadanın basıb gözünü çıxardaram”.

 

Bunu müğənni Manaf Ağayev televiziya efirlərinin birində aparıcı ilə arasında yaşanan qalmaqala münasibət bildirərkən deyib.

 

“Sən mənimlə oturmusan, məni tanıyırsan və buna uyğun sual verməlisən. Canlı efirdir, sən aidiyyəti olmayan bir sual verirsən. Dostlarım, bacılarım, ailəm, qohumlarım baxır. Hamı Manafı başqa cür tanıyır. Sən mənə ləkə yaxırsan, xələl gətirirsən. Yerində cavabını verməliyəm, düşənməməliyəm nə baş verər, hansı nəticə ilə bitər. O sonranın işidir. Onlar da bilir, əsəbiyəm, qıcıqlanaram, vura bilərəm. Amma haqqına”.

 

Manaf Ağayev bununla yanaşı, səhvini etiraf edən xüsusiyyətinin olduğunu söyləyib:

 

“Elə bir xasiyyətim var ki, özümdən qat-qat aşağı, səviyyəsiz insandan üzr istəyərəm ki, səhv etmişəm. Mən belə bir insanam, səhvimi boynuma alan adamam. Həmişə kasıbın, imkansızın, zəifin yanında olmuşam”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı