Kimsəsiz qızlarla evlənmək istəyənlərin SAYI

17:55 23-11-2023 | icon 397 | Cəmiyyət
Kimsəsiz qızlarla evlənmək istəyənlərin SAYI

“55 nəfər qadın oğlunu evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib”.

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

 

O, qeyd edib ki, 2023-cü ilin 10 ayı ərzində Uşaq Birliyi qaynar xəttinə daxil olan zənglərdən 74 vacib hesab olunan müraciətin təhlilini aparıb:

 

“74 nəfər müraciət edərək evlilik məqsədi ilə uşaq sığınacağından kimsəsiz qızla evlilik məqsədini bildirib. 55 nəfər qadın oğlunu evləndirmək üçün, 13 nəfər qardaşını evləndirmək üçün kimsəsiz qız axtardığını bildirib. Beş nəfər kişi isə müraciət edərək kimsəsiz qızla evlənmək istədiyini deyib. Onlardan üç nəfəri ikinci evliliyi üçün müraciət edib. Kişilərin bildirdiklərinə görə, yaş həddi 29-42 yaş arasındadır. 31 nəfər bildirib ki, epilepsiyası, “uşaq” kimidir, yəni əqli geriliyi var. 37 nəfər fiziki qüsurlu - DSP, görmə məhdudiyyətli, eşitmə məhdudiyyətli və ya digər xəsarətlidir. Yalnız bir nəfər kimsəsiz qıza sahib çıxmaq, ona xoşbəxt həyat bəxş etmək, oğlunun xaricdə işlədiyi müddətdə qayınana, yəni özü ilə yaşayaraq gözəl nəvələr böyütmək istəyinin olduğunu bildirib”.

 

Kəmalə Ağazadə onu da əlavə edib ki, ən əsası odur ki, kimsəsiz qızlara elçi düşən hər bir müraciətçi evləndirmək istədikləri oğullarının, qardaşlarının xüsusi qayğıya ehtiyacı olduqlarını əsas gətirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır