Nadir Rüstəmlinin "Bedel"i

08:43 25-11-2023 | icon 514 | Şou-biznes
Nadir Rüstəmlinin "Bedel"i

Müğənni özünü nədə günahlandırdı...?!

 


"Avroviziya" təmsilçimiz Nadir Rüstəmli bu dəfə fərqli obrazda çəkdirdiyi klipi təqdim edib.

 

Versus.Az xəbər verir ki, pop ulduz "Bedel" adlı türk dilində oxuduğu nəğməyə rejissor Fahir Səmədoğlunun köməkliyi ilə ekran həyatı verib.

 

Bəstənin sözləri Kənan İbralı, musiqisi isə elə səbəbkarın özünə məxsusdur. Bakıda lentə alınan klipin süjet xəttində Nadir öz keçmişi ilə danışır. Baş verən bütün hadisələrdə o, beynində canlandırdığı keçmişindəki “Nadir”i günahlandırır. Ekran işinin sonlarında hər iki “Nadir” üz-üzə gəlir. Sonda onun psixi xəstə olduğu və bütün yaşananların sadəcə beyin təxəyyülü olduğunu görürük.

 

Yeni uğurlu işi barədə danışan Rüstəmli, layihənin çətinliklə ərsəyə gəlmədiyini qeyd edib:

 

"Mahnının sözləri real hekayə üzərində qurulub. Klipə mental və fiziki olaraq aylarca hazırlaşmışdım. Psixi xəstəliyi olan şəxsin nə kimi hərəkətlər etməsi, görünüşü, əlinin əsməsi, mimikalarını idarə edə bilməməsi və s. çətin olmadı. Atam nevropotolog olduğu üçün, bu mövzuda mənə xüsusi yardım etdi".

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı