"Tarkan tamaşaçılara hörmətsizlik edib"

08:25 27-11-2023 | icon 407 | Cəmiyyət
"Tarkan tamaşaçılara hörmətsizlik edib"
 

DEPUTAT: "Onlar bu diqqətsizliyi Avropa xalqına edə bilərdilər?"

 

Ölkəmizdə konserti düzənlənən Türkiyənin pop starı Tarkanla bağlı narazılıq səslənib. Beləki, deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib ki, Tarkanın konsertinə bilet alan vətəndaşlar haqlı olaraq narazı qalıblar.

 
 
R.Nurullayev bildirib ki, narazı vətəndaşlar ondan bu məsələnin bəzi narahatverici məqamlarını ictimailəşdirməsini istəyiblər:
 
 
 
 
"Millət vəkili, partiya sədri kimi bunları demək haqqım var. Birincisi, bahalı bilet alan vətəndaşlar niyə akustikanı bərbad eşitməli idilər? Necə olur ki, zalda konsert gedir, Tarkan 4-5 mahnı oxuyub, amma hələ zala daxil olmayanlar var. İnsan zala daxil olur və görür ki, konsertin az qala yarısı bitib. Azərbaycan vətəndaşına niyə ikinci sort kimi yanaşılmalıdır? Təşkilatçılar bu yanaşmanı və diqqətsizliyi başqa bir Avropa xalqına edə bilərdilər? Sizləri məhkəmələrdə süründürər və pullarını geri almaqla bərabər, təzminat da tələb edərdilər".
 
 
Deputat vurğulayıb ki, təşkilatçılar, Tarkan və komandası ciddi qüsurlara yol verib:
 
 
"Tapmısınız fağır xalq, haqqını tapdalayırsınız, deyirsiniz ki, səsi çıxmayacaq? Onların səsini deyən millət vəkilləri var. Bunu da bilin! Azərbaycan vətəndaşları nə ikinci, nə də üçüncü sortdur. Ayıb edin! Tarkan və komandası tamaşaçılara böyük hörmətsizlik edib. Yüz dənə şərt irəli sürürsən və tələb edirsən ki, olmalıdır. Bəs oxuduğun mahnıların akustikası niyə bərbad olub? Ekran görüntüsü isə fəlakət. Texniki məsələlərə də müğənninin komandası cavabdehlik daşıyır. Qüsur var idi, konsert verməzdi. Belə çıxır ki, pul qazandın, tamaşaçılar da narazı qaldı. Daha zəhmət çəkib, pul xərcləyib ora niyə gedirdilər, elə Youtube-da qoyub baxardılar kliplərə".
 
 
Deputat bildirib ki, Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir!
 
 
PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ