"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

08:39 27-11-2023 | icon 540 | Cəmiyyət
"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

Vüqar Dadaşov: "Layiq olmayanlar özlərini seçilmiş hesab edərək başımıza çıxıblar"

 

"Bəli, bizim xalqa yuxarıdan baxanlar var və təəsüf ki, belə münasibəti qazanmağımızda özümüz günahkarıq".

 
 
Versus.Az xəbər verir ki, bunu türkiyəli müğənni Tarkanın Bakıda verdiyi konsertlə bağlı tamaşaçılar arasında yaranan narazılıqla bağlı açıqlamasında hüquqşünas, Milli Cəbhə Partiyasının yetkilisi Vüqar Dadaşov bildirib.
 
 
 
V.Dadaşov qeyd edib ki, bir xalq, fərd olaraq həmişə başqasına özümüzdən çox xoş, isti münasibət göstərmişik və buna layiq olmayanlar özlərini seçilmiş hesab edərək başımıza çıxıblar:
 
 
"Çox qüsurları bağışlamışıq. Özümümüz özümüzə bir xalq olaraq dəyər verməyi öyrənməliyik. Bir nüans, özümüz isti, yun yorğan döşəkdə yatmayıb, özümüz xoruz, qoç kəsib yeməyib, bahalı servizlərdən istifadə etməyib qonağa saxlamışıq...
 
Biz bu gün üçün yaşamırıq, biz özümüzü, bir-birimizi sevmirik, hörmət etmirik. Başqasının yolunda özümüzü fəda edirik. Nə qədər acı olsa da, həqiqət budur. Biz özümüzə vermədiyimiz dəyər və qiymətə uyğun başqaları da bizə soyuq, laqeyid münasibət bəsləyir. Əlbəttə, başqa ölkələrdə özünə hörmət edən xalq, dövlət yerli əhaliyə ən zərərsiz, təhlükəsiz, yüksək maaşlı iş verir, gəlmələrə isə nisbətən ağır və az əmək haqqı verildiyi halda, Azərbaycanda isə gəlmələrə yüksək maaşlı rəhbər vəzifələr, azərbaycanlılara isə ağır iş və 10 qat az maaş verilir. Bundan razı qalıb hələ dua da edib, sevinirik. Əlbəttə ki, Tarkan qismində gələnlər bizi adam saymayacaq və saymayacaqlarına da, hörmətsizliklərinə də təəccüblənməməliyik. Deməli sual bizim özümüzədi..."
 
 
PƏRİ
versus.az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı