Deputatdan süni mayalanma ilə bağlı TƏKLİF

18:12 29-11-2023 | icon 436 | Sağlamlıq
Deputatdan süni mayalanma ilə bağlı TƏKLİF

"Süni mayalanma icbari tibbi sığorta çərçivəsində həyata keçirilsin"

 

Azərbaycanda süni mayalanmanın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi təklif edilir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

 

Onun sözlərinə görə, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur:

 

“Müasir dünyada hər bir insanı valideyn edə bilən tibbi üsul - süni və ekstrokorporal mayalanma metodu geniş tətbiq olunur ki, qanun layihəsi də bu tələblər çərçivəsində hazırlanıb (iki dəfə icbari tibbi sığortanın zəmanət paketi hesabına). Şöbə müdiri bildirib ki, daha ciddi problemlər də mövcuddur: “Məsələn, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar bu sənədin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır. Nikahın möhkəm, uzunömürlü və daimi olması ilk növbədə ailənin sağlamlığı üzərində qurulmasından keçir. Bu baxımdan biz əsrlərlə mövcud olan ailə dəyərlərini qorumalı, müasir dünyanın tələblərinə görə onu daha da zənginləşdirərək yaşatmalıyıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT