EMINin ənənəvi qış konserti keçirildi

17:20 09-12-2023 | icon 449 | Şou-biznes
EMINin ənənəvi qış konserti keçirildi

Heydər Əliyev sarayında Azərbaycanın Xalq artisti EMINin ənənəvi qış konserti keçirilib.

 

Versus.Az xəbər verir ki, tamamilə yeni proqram, çoxsaylı sürprizlərlə dolu konsert həmişəki kimi gözləntiləri üstələdi və bir nəfəsə keçdi.

 

Musiqiçi konsert günü işıq üzü görən rus dilli "44" albomundan, həmçinin 9 fevralda çıxacaq ingilis dilli "Now or never" albomundan mahnılarla artıq sevilərək dinlənilən "Still, Good Love", "Sbejim v Baku" və s. mahnıları miks edərək, pərəstişkarlarına əsl bayram yaşatdı.

 

EMIN bunları bildirib: “Bu il mənim 44 yaşım tamam olur və həyatın bu fəslini özüm üçün yaddaqalan bir şeylə - yeni rusdilli albomla qeyd etmək qərarına gəldim. Bu albomda bir diskdə buraxılmayan çoxlu duet mahnılar var. Həmçinin Saşa HammAli ilə "Do tebya", Leonid Aqutinin "My Friend" mahnısı və əlbəttə ki, istedadlı azərbaycanlı ifaçılar - Jony, Jah Khalib və HammAli & Navai ilə olan uğurlu mahnılar da alboma daxildir”.

 

Albom yeni solo mahnılar və son illərin ən uğurlu duet ifalarından ibarətdir.

 

Albom, Jony ilə “Kamin”dən əfsanəvi Nani Breqvadze ilə gürcü xalq balladasına, “MMM”dən tutmuş yeni şərq mahnısı “Skazka na noç”a qədər hit mahnılar ilə doludur. Trek siyahısına məşhur rus müğənniləri Jasmin və Alsu ilə duetlər də daxildir.

 

Hər kəs bu linkə keçid edərək albomu yükləyə və dinləyə bilər: https://bnd.lc/44album

 

Konsertdə əlamətdar premyera da baş tutub: EMIN Bakıda ilk dəfə olaraq dahi Müslüm Maqomayevin repertuarından görkəmli bəstəkar Sevil Əliyevanın “Dvenatsat mesyatsev nadejdı” bəstəsini ifa edib.

 

Sovet dövründə bu mahnı əsl hit idi. EMIN isə ona ikinci həyat verməyə müvəffəq oldu - ifa inanılmaz dərəcədə həssas və gözəl alındı. Sənətçi vaxtilə Müslüm Maqomayev üçün yazdığı bu bəstəni ifa etməsi üçün Sevil Əliyevanın şəxsən ona xeyir-dua verməsi hekayəsini ictimaiyyətlə bölüşüb və buna görə ona ürəkdən təşəkkür edib. Qeyd edək ki, bəstəkar da izləyicilər arasında idi.

 

Gecənin ən təsirli anlarından biri EMIN-in konsertdə iştirak edən övladları - Əli, Mikayıl və Əminənin sevimli ataları üçün gül dəstələri ilə səhnəyə çıxmaları oldu.

 

EMIN’in heç bir konsertini “Sinyaya veçnost” mahnısı ifa olunmadan təsəvvür etmək mümkün deyil. Bu, artıq sevimli bir ənənəyə çevrilib. Belə anlarda hər bir tamaşaçının qəlbi, əfsanəvi, təkrarolunmaz Müslüm Maqomayev xatirəsinə bəslənən xüsusi diqqət və rəğbətə görə xüsusi minnətdarlıqla dolur!

 

Gecənin son akkordu isə sənətçinin tamaşaçılarla səs-səsə verib ifa etdiyi, sətirlərinin hər bir həmvətənimizi həyacanlandıran “Mənim Azərbaycanım” mahnısı oldu.

 

Bakıda keçirilən konsertdə EMIN fan-klubunun təşəbbüsü ilə həyata keçirilən, sənətçinin özü və komandası tərəfindən fəal dəstəklənən məşhur “Yaxşılıq Bumeranqı” xeyriyyə layihəsinə start verilib. Bütün vəsait ciddi genetik xəstəliklə mübarizə aparan Cəhrami Fatehin ailəsinə bağışlanacaq.

 

Qeyd  edək ki, konsertin təşkilatçısı Zhara Eventsdir.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri