"Bu yardım müharibə görən insanlar üçün kifayət etmir"

20:00 15-12-2023 | icon 449 | Cəmiyyət
"Bu yardım müharibə görən insanlar üçün kifayət etmir"

Fuad Əliyev: "Xüsusi mərkəzlərin sayını çoxaltmaq lazımdır"

 

Ölkədə posttravmatik stress pozuntuları ilə bağlı ixtisaslaşmış kadrların sayının artırılmasına ciddi ehtiyac var".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

 

Fuad Əliyev qeyd edib ki, müharibə insanlarda psixoloji problemlər yaradır:

 

“Müstəqil Həmkarlar Birliyinə vətəndaşların müraciətləri arasında müharibə iştrakçılarının müraciətləri də var. Onların arasında həm müharibədə iştrak etmiş hərbçilər, həm də müharibəni görmüş sadə vətəndaşlar var. Belə qənaətə gəlmişik ki, müharibə görən insanlara kifayət gədər psixoloji yardım göstərilmr".

 

F.Əliyev bildirib ki, Azərbaycanda bu sahədə psixoloqların sayı çox azdır. Onun sözlərinə görə, olanların da demək olar ki, əksəriyyəti peşəkar psixoloji yardım göstərə bilmirlər:

 

"Müharibə veteranlarına, onların ailə üzvlərinə, həm də müharibədə iştirak edən digər şəxslərə effektiv psixoloji dəstək vermək lazımdır. Görüşlərdə müharibə veteranları əlillik qruplarının ləğvi ilə bağlı bizə danışanda çox əsəbi, həyacanlı olurlar. Sosial Müdafiə Nazilriyin bəzi əməkdaşları qrupların verilməsinin yeni qaydalarını ya izah etmirlər, ya da izah edərək get-gələ salırlar. Biz çalışırıq onlara dəstək olaq, çox lakonik izah edirik ki, qrup almağı bərpa etmək üçün nə etmək lazımdır. Bizimlə söhbətdən sonra görürük ki, onlar necə rahatlanırlar və lazım olan sənədləri yığıb yenidən əlillik qrupun alınması, yaxud digər yardımları almaq üçün Sosial Müdafiə Nazirliyə müraciət edirlər. Görürsiz ki, adi bir söhbət, işin həlli üçün düzgün yolun göstərilməsi necə onlara təsir edir, narazılıq aradan qalxır".

 

F.Əliyev hesab edir ki, posttravmatik stress pozuntuları aradan qaldırmaq üçün xüsusi mərkəzlərin sayını çoxaltmaq lazımdır:

 

"Bu baxımdan ölkədə posttravmatik stress pozuntuları ilə bağlı ixtisaslaşmış kadrların sayının artırılmasına ciddi ehtiyac var. Öz növbəsində mərkəzlərin effektiv fəaliyyəti üçün ixtisaslı kadrların lazımdır, iki-üç ay kurs keçmək yox”.

 

AYSEL

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR

Məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək