Xankəndidə tarixi OYUN

10:04 21-12-2023 | icon 556 | İdman
Xankəndidə tarixi OYUN

“Qarabağ” - MOİK qarşılaşması keçiriləcək

 

Bu gün Xankəndi şəhərində tarixi oyun keçiriləcək.

 

Versus.Az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyunu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək. “Qarabağ” MOİK-lə üz-üzə gələcək.

 

Xankəndi stadionunda reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu yüzlərlə tamaşaçı stadiondan canlı izləyəcək.

 

Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Son dəfə işğal altında olmuş ərazilərdə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (“Turan Tovuz”) arasında olub.

 

Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan iki ay sonra Ağdam işğal edilib.

 

“Qarabağ” - MOİK qarşılaşmasından başqa bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsi çərçivəsində “Neftçi” - “Qaradağ Lökbatan” matçı da keçiriləcək. Bu, 1/8 final mərhələsinin son oyunu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

 

Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Təhlükəli xəstəliyin müalicəsi TAPILDI

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT