“Xəyanətə yox” - TƏQDİMAT

10:12 28-12-2023 | icon 1116 | Film
“Xəyanətə yox” - TƏQDİMAT

Romantik komediya janrında çəkilən "Xəyanətə yox" filminin qala gecəsi keçirilib.

 

Versus.Az xəbər verir ki, Xalq artistləri Həmidə Ömərova, Sabir Məmmədov, Şamil Süleymanlı, əməkdar artistlər Vaqif Kərimov, Rövşən Kərimduxt, məşhur aparıcı Mətanət Əliverdiyeva, Nicat Rəhimov, Aysel Səlimli, Rəsul Abbasov, Aydan Ağayeva, Şəms Allahverdiyeva, Tərlan Nur Yaşar, Aqil M.Quliyev və başqalarının rol aldığı ekran işinin nümayişinə media nümayəndələri, tanınmış sənət adamları qatılıblar.

 

Komediya janrında çəkilmiş filmdə tamaşaçılara maraqlı, gülməli səhnələrlə yanaşı sosial mesajlar da yerində çatdırılıb. Filmin sonunda aktyor və heyyəti ayaqüstə alqışlanıb. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Toy günündə hamı ekranlarda bəylə gəlinin "Love Story" ni gözlədiyi vaxt, bəyin xəyanət videosuna baxmalı olurlar. Aləm bir - birinə dəyir, toy dağılır. Təbii ki, bu xəyanət bağışlanmır.  Xəyanət olunan baş qəhrəmanlar bir araya gəlib "Bizə xox gəlməyin! Xəyanət görmüsünüzsə XOX-a gəlin!" sloqanı ilə intiqam almağa başlayırlar. Qadınların intiqamı və gücü izləyiciləri çox təəccübləndirəcək. Xəyanət edənlərin cəzası isə güldürəcək.

 

"Xəyanətə yox" filmini şəhərin bütün kinoteatrlarında izləyə bilərsiniz.

 

Qeyd edək ki, ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.

 

 

 

Ayəndə Dadaşova
versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ