Məzahir Pənahov mediaya SƏSLƏNDİ

12:02 11-01-2024 | icon 266 | Siyasət
Məzahir Pənahov mediaya SƏSLƏNDİ

"Seçki prosesindəki çatışmazlıqları da yaxından araşdırın"

 

Mətbuat hər zaman çalışmalıdır ki, seçki proseslərini izləməklə yanaşı, seçki prosesindəki çatışmazlıqları da yaxından araşdırsın.

 

Versus.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.

 

O bildirib ki, Azərbaycanda seçki praktikasına nəzər salsaq, burada KİV-lər əsas rol oynayır:

 

“Ona görə də KİV-lərlə keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir”.

 

M.Pənahov söyləyib ki, seçkilər demokratiyanın əsas meyarı hesab olunur:

 

“Ona görə də bu prosesə kənar müdaxilələr edilməyə çalışılması sirr deyil. Bu baxımdan seçki prosesində hər kəs məsələlərə birinci vətəndaş instinkti ilə yanaşmalıdır. Vətən müharibəsindən sonra bir çox məsələlərin şahidi olduq. Hər birimiz bu məsələdə özümüzü məsuliyyətli tərəf kimi hiss etməli və ölkəmizə qarşı mənfi yanaşmaların qarşısının alınmasında əlimizdən gələni etməliyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır