Namizədlər maliyyə hesabatlarını AÇIQLADILAR

13:35 11-01-2024 | icon 273 | Siyasət
Namizədlər maliyyə hesabatlarını AÇIQLADILAR

Bu gün prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. İndiyədək 17 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.



Versus.az xəbər verir ki, indiyədək 7 nəfər imza vərəqələrini geri qaytarıb.



İmza vərəqələrini geri qaytaran şəxslərdən 7 nəfərin namizədliyi artıq qeydə alınıb. Belə ki, namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən Prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev və Namizədliyi özü tərəfindən irəli sürülmüş. Fuad Əliyevin namizədliyinin qeydə alınması barədə qərar qəbul edilib.



Mövcud qanunvericiliyə görə, namizədliyi qeydə alınan şəxslər MSK-ya seçki fondlarının gəlir və xərcləri əhatə edən maliyyə hesabatları təqdim etməlidir.



Qeyd edək ki, namizədliyi qeydə alınan 7 nəfər sözügedən heabatı təqdim edib. Hesabatlarda namizədlər seçki fondlarının gəlir və xərclərini qeyd etməlidirlər.



YAP-ın təqdim etdiyi hesabatda Prezident İlham Əliyevin seçki fonduna 250 min manat daxil edildiyi göstərilib. Vəsaitin partiya hesabından gəldiyi qeyd olunub. Hesabatın xərclər hissəsi boşdur.



Namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun maliyyə hesabatında 19 min manat gəlir olduğu bildirilib. Bunun namizədin xüsusi vəsaiti olduğu qeyd olunur. 



Vəsaitin 8 min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin mliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib.



Razi Nurullayev isə hesabatda fiziki şəxslərdən 3 min manat gəlir əldə etdiyini qeyd edib. O, xərclər hissəsində heç bir rəqəm təqdim etməyib.

 

Belə ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin hesabatında 20 min manat gəlir olduğu bildirilib.

  

Xüsusi vəsaiti 10 min, fiziki şəxslərdən də 10 min manat gəlir əldə etdiyini qeyd edib. Vəsaitin 15 min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin mliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib.

 

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın maliyyə hesabatında 10 min manat gəlir olduğu bildirilib. Bunun namizədin xüsusi vəsaiti olduğu qeyd olunur. Vəsaitin 8 mini isə xərclərə sərf edilib.

 

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin hesabatda fiziki şəxslərdən 1500 manat gəlir əldə etdiyini qeyd edib. Vəsaitin  min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin mliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib. Seçki günündə istifadə olunmamış qalıq məbləğ isə 500 manat kimi bildirilib.

 

Namizədliyi özü tərəfindən irəli sürülmüş. Fuad Əliyevin  maliyyə hesabatında iki min manat gəlir olduğu bildirilib. Bunun namizədin xüsusi vəsaiti olduğu qeyd olunur. 

 

Xatırladaq ki, bu ilin fevalında Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

Arzu Zeynallı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır