Prezident müsahibəsində nəyi bəyan etmiş oldu?

16:00 12-01-2024 | icon 281 | Siyasət
Prezident müsahibəsində nəyi bəyan etmiş oldu?

Məhəmməd Əsədullazadə: “Bu müsahibə mesaj verdi ki, Azərbaycan xarici siyasətini inamla davam etdirəcək”

 

“Prezident Azərbaycan televiziyasına verdiyi müsahibədə 2024-cü ilin prioritetini ortaya çıxartdı”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

 

Ekspert eyni zamanda Prezidentin Ermənistanla Azərbaycan arasında sülh prosesində atılan addımlar, Ermənistanın silahlandırılmasına Azərbaycanın ciddi şəkildə cavab verəcəyi, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və havadarlarına xüsusi mesajlar verdiyini önə çəkib:

 

“Sülh prosesi üçün ciddi siyasi iradə var. Düşünürəm ki, bu il sülh müqaviləsinin bağlanması reallaşa bilər. Eyni zamanda Prezident qeyd etdi ki, Fransanın Ermənistanı silahlandıraraq onu müharibəyə sürükləməsi sülh prosesini müəyyən dərəcədə təhdid edir. Azərbaycan xalqına mesaj verdi ki, qəti şəkildə arxayın olmaq olmaz, bir olmaq, güclü olmaq lazımdır”.

 

M.Əsədullazadə bildirib ki, Prezident Ermənistanın sülh siyasətinə əmin deyil:

 

“Çünki Ermənistan müstəqil siyasət yürüdən ölkə olmayıb. Ermənistan Rusiyanın boyunduruğundan çıxsa da, hələ də Qərbin, Fransanın təlimatı ilə hərəkət edir”.

 

Ekspert, həmçinin Prezidentin məcburi köçkünlərin Xocalı, Şuşa, Xankəndi, Cəbrayıla qayıdışı prosesinin 2024-cü ildə uğurla həyata keçiriləcəyini vurğulayaraq, bununla bir növ dünyaya, region ölkələrinə ciddi mesajlar verdiyini deyib:

 

“Prezdent bununla bəyan etdi ki, Azərbaycan xarici siyasətini inamla davam etdirəcək. Azərbaycan təbii və strateji müttəfiqinin Türkiyə olduğunu, silah arsenalını inkişaf etdirdiyini, sərhədlərini qoruduğunu, Ermənistanla sülh prosesinə sadiq olduğunu bildirdi. Prezident Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı spekulyasiya edəcəyi halda blokadada qalacağını vurğuladı”.

 

M.Əsədullazadə hesab edir ki, Ermənistan bundan nəticə çıxarmalıdır. Ermənistan Zəngəzur dəhlizi ilə maneəsiz giriş-çıxışın təmin edilməsi istiqamətində Azərbaycanın təkliflərini qəbul etməlidir:

 

“Prezidentin dediyi sözlər, fikirlər reallığı əks etdirir. Ermənistan tərəfindən 2024-cü ildə sülh prosesində, Zəngəzur dəhlizinin açılmasında real addımlar atılmasa blokadada qalacaq”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ